Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Əllə yemək niyə faydalıdır?
Tarix: 31-05-2017 | Saat: 13:14
Bölmə:Karusel / Səhiyyə | çapa göndər



Çəngəl, bıçaqdan düzgün istifadə etikat qaydaların ilkin şərtlərindən biridir. Lakin aparılan bəzi araşdırmalarda məlum olub ki, əllə yemək insan sağlamlığı üçün daha faydalıdır.
Yazıda oxucuları əllə yeməyin faydaları ilə tanış edirik.
Heç bir çəngəl, bıçaq və qaşıq istifadə etmədən əllə yemək yeməyin dadını daha yaxşı hiss etməyə imkan verir. Çünki bu zaman barmaqlarımız yeməyə toxunur, qoxusunu hiss edir, eyni zamanda barmaqda olan hava, su, od kimi elementlər hərəkətə keçirdiyi üçün bədənin tonusunu balanslaşdırır.
Təbii xəbərdaredici

Qaşıqla və ya çəngəllə yemək yediyimiz zaman birbaşa ağzımıza apardığımız üçün yeməyin istiliyini hiss edə bilmirik. İstiliyi barmaqlar hiss etmədiyi üçün qaşığı ağzımıza aparanda bəzən dilimiz yanır. Amma əllərinizlə yemək yediyimiz zaman barmaq ucundakı sinirlər yeməyin istiliyini əvvəldən hiss etdiyi üçün ağzı yanmaqdan qoruyur.
Həzmi asanlaşdırır

Barmaqlarda və ovuc içində həm zərərli, həm də faydalı bakteriyalar var. Faydalı bakteriyalar ürəyə zərər verən mikrobların inkişafına mane olur, qaşıq və ya çəngəllə yemək yediyiniz zaman onlar mədəyə getmir. Bundan başqa məlum olub ki, əllə yeməyə toxunduqda beyinə gedən siqnallar sayəsində metabolizm işləməyə başlayır və beləliklə həzmi asanlaşdırır.
Daha faydalıdır

Əllə yemək xoş səslənməsə də, əslində insan bədəni üçün faydalıdır. Çünki əllə yemək yeyən insanlar əllərini daha çox yuyur. Amma çəngəl və qaşıqlar gün ərzində tez-tez yuyulsa da, tam təmizlənmir.
Şüurlu qidalanma

Mətbəx ləvazimatlarından istifadə etdikdə yeməyin miqdarına əhəmiyyət vermirik. Bu da nəticədə daha çox kalori qəbul etməymizə və köklüyə gətirib çıxarır. Üstəlik yemək yeyərkən televiziya seyr etmək, ya da sosial mediada vaxt keçirmək həzm sisteminə mənfi təsir edir.
Diabet riskini azaldır

Çəngəl və qaşıqdan istifadə yemək prosesini asanlaşdırır və sürətləndirir. Lakin bu amil qanda şəkərin miqdarını pozduğu üçün diabet riskini də artırır.


Xəbəri paylaş

6368 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___