Lənkəranda 2157 nəfər ölümlə üz-üzə
Tarix: 26-06-2015 | Saat: 18:07
Bölmə:Karusel / Səhiyyə / Maraqlı / M2 / Aktual | çapa göndər

Son əsrlərin ən dəhşətli bəlası indi də cənub bölgəsində ən ağrılı sosial problemə çevrilib.
Hər il iyun ayının 26-sı dünyada narkotikaya və narkobiznesə qarşı mübarizə günü kimi qeyd edilir. Son əsrlərin ən dəhşətli bəlası indi də cənub bölgəsində ən ağrılı sosial problemə çevrilib.
Xeberaz.az xəbər verir ki,ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumat görə, Lənkəranda narkotik istifadəçilərinin sayında müşahidə olunan artım rayon rəhbərliyini və əlaqədar qurumları ciddi hərəkətə keçirib. Rayonda narkomaniyaya yox deyək devizi altında təşkil olunan elmi praktik konfransda səslənən rəsmi rəqəmlər cəmiyyətə həyəcan siqnalı olub.
Qeyd edək ki, Lənkəranda son 5 ildə narkoistifadəçilərin sayı iki dəfə artıb. Onlardan biri, 36 yaşlı Həmzə Məmmədov (şərti ad) deyir ki, bu bəlaya Rusiyada tutulub.
“Bu bəla maşını aldı, evi aldı. Əlimdə heç nə qalmadı”, - deyə Həmzə Məmmədov bildirib.
Həmzə zərərli vərdişdən xilas yolunu ailə qurmaqda görüb. Lakin ailə qurub və iki uşaq atası olsa da, narkotikdən yaxasını qurtara bilməyib. Hazırda Lənkəran rayonlararası Narkoloji Dispanserində müalicə alır. Onun kimi müalicə alanlarınn hamısı yenidən normal həyata qayıtmaq arzusundadır. Xəstəxananın baş həkimi Vüqar Əliyev deyir ki, narkotikə bulaşanların sayı durmadan artır.
“2010-cu ildə Lənkəranda 1235 nəfər narkotikdən istifadə edən qeydiyyatda durub. 2015-ci ilin 6 ayını da əlavə etdikdə bu rəqəm 2157 nəfər olur. Təxminən iki dəfə artım var. 5 il ərzində artımın əsas səbəbləri Lənkəranın tranzit yolun üstündə olmasıdır. Qonşu Asiya ölkələrinə yaxındir, sərhəd zonasında yerləşir”, - deyə Vüqar Əliyev bildirib.
Mütəxəssislər isə bu dəhşətli bəladan çıxış yolunu qabaqlayıcı prafilaktiki tədbirlərin görülməsində, ailə, məktəb, cəmiyyət birliyinin birgə səmərəli fəlaiyyətində görürlər.
Xəbəri paylaş
7058 dəfə oxunub.
Digər xəbərlər

24-12-2018, 11:33
Leyla Əliyeva atasının ad gününü belə təbrik etdi - Foto
22-09-2022, 11:33
SON DƏQİQƏ! Ruslar Azərbaycana axışır - Səfərbərlik PANİKASI
25-11-2016, 12:53
Gözəl görünmək istəyən xanımlara kosmetoloqdan ÖZƏL MASKA
25-10-2015, 19:09
“Biznesə mane olanlar Azərbaycana xəyanət edirlər” - İlham Əliyev
5-11-2016, 16:10
Polis idarəsində özünə amansız işgəncə verdi
9-05-2022, 13:02
Generallar Həzi Aslanovun abidəsi önündə - FOTOLAR
15-10-2016, 15:46
Bakıda tələbə qızı maşın vurub qaçdı
10-02-2019, 19:45
Qonşu ölkə İranda zəlzələ - yaralılar var
28-09-2016, 18:54
Yol polisindən sərxoşluğun yoxlanılması haqda - Rəsmi açıqlama