Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Rəşid Behbudov adına məktəbin - 85 yaşı oldu
Tarix: 08-02-2017 | Saat: 11:35
Bölmə:Karusel / Təhsil / M2 | çapa göndər

Rəşid Behbudov adına məktəbin - 85 yaşı oldu
Rəşid Behbudov adına 2 nömrəli onbirillik musiqi məktəbi yaranmasının 85 illiyini qeyd edir. Fevralın 10-da Azərbaycan Dövlət Filarmoniyasında məktəbin şagirdləri geniş konsert proqramı ilə çıxış edəcəklər.

"Xəbəraz.az " xəbər verir ki, kollektiv xalq artisti, dirijor Rauf Abdullayevin rəhbərliyi altında Azərbaycan Dövlət Simfonik Orkestri ilə eyni səhnəni bölüşəcək. Konsertdə R.Abdullayev, A.Rzayev, F.Mendelson, E.Qriq, C.Rossini, T.Quliyev, Motsart və digər bəstəkarların yaradıcılığına müraciət olunacaq.

Qeyd edək ki, 1931-ci ildə Bakıda 1 və 2 nömrəli musiqi məktəbləri açılıb. 2 nömrəli musiqi məktəbində bir çox məşhur müəllimlər dərs deyib. Bu sırada L.Yeqerova, R.Siroviç, R.Gelman, M.Rudolf və digərlərini qeyd etmək olar.

1990-cı ildə məktəbə dünya şöhrətli müğənni SSRİ Xalq Artisti Rəşid Behbudovun adı verilib. 2006-cı ildən etibarən 2 nömrəli musiqi məktəbi onbirillik tədris müəssisəsinə çevrilib.


Xəbəri paylaş

6898 dəfə oxunub.

Digər xəbərlər
24-05-2019, 10:22 Naz Mila ƏRƏ GETDİ-Foto

bütün xəbərlər
____ Instagram ___