Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Sizə Soçi görüşündən danışacağam" - Putin
Tarix: 27-11-2021 | Saat: 11:06
Bölmə:M / Karusel / Siyasət / Gündəm | çapa göndər


Rusiyanın dövlət başçısı Vladimir Putin dünən axşam saatlarında Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının daimi üzvləri ilə onlayn formatda görüş keçirib.
Görüşdə Soçi şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla aparılmış danışıqların nəticələri barədə məlumat verilib.
"Azərbaycan Prezidenti və Ermənistanın baş naziri ilə Qarabağ nizamlanması, habelə bu gün həmkarlarla iş zamanı əldə edilmiş razılaşmalar barədə sizə qısa məlumat verəcəyəm, - Putin toplantı iştirakçılarına xitab edib. - Planlaşdırdığımız kimi, ən yaxın tərəfdaşlarımız və yaxın qonşularımızla münasibətlərdən danışacağıq. MDB ölkələri ilə münasibətləri nəzərdə tuturam".

Vladimir Putinin sözlərinə görə, Azərbaycan və Ermənistanla bütün məsələlər kompleksi üzrə, o cümlədən diplomatik, hərbi və humanitar istiqamətlərdə işlər davam etdirilir.
Xatırladaq ki, dünən Rusiyanın Soçi şəhərində İ.Əliyev, V.Putin və N.Paşinyan arasında təxminən 3 saat davam edən görüş, danışıqlar olub. Görüşün nəticəsi olaraq birgə bəyanat imzalanıb.

Məqaləyə dair fotomateriallar:











1048 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___