Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sığorta şirkətləri gizli məlumatları yayır - Ekspert
Tarix: 08-10-2019 | Saat: 16:42
Bölmə:Bütün xəbərlər / Karusel / İqtisadiyyat / Gündəm / M2 | çapa göndər



Bir avtomobilin sığortasının bitməsinə 1 ay qalmışdan sığorta şirkətləri həmin sürücüyə zəng edir. Hətta bu zənglər günlərlə davam edir, gün ərzində 2-3 dəfəyə qədər təkrarlana da bilir. Ancaq həmin sürücü bir qəza törədən zaman sığorta şirkətini tapmaq müşkülə çevrilir. Ehtiyac yarananda şirkətlər nəinki sürücünün zənginə baxmır, heç müraciəti də nəzərə almırlar.

 Bu fikirlərlə yol-nəqliyyat eksperti Elməddin Muradlı çıxış edib. Sığorta şirkətlərinin fəaliyyətindən gileylənən ekspert əlavə edib ki, şirkətlər süründürməçiliklə məşğuldur:
Bir yol-nəqliyyat hadisəsi baş vermişdi. Sığorta şirkəti sürücünün avtomobilinin təmirini bir aya qədər uzatdı. Dəfələrlə müraciətlərə, zənglərə də məhəl qoymurdular. Bununla bağlı bir yazı hazırladıq və saytların birində yayımlandı. Həmin sığorta şirkəti 2 saat ərzində 1 aydır yubatdığı məsələni həll etdi. Demək ki, bu problem 2 saata həll oluna bilərmiş. Sadəcə, şirkət özü bilərəkdən süründürməçiliklə məşğul olur.
Bu gün sığorta şirkətlərinin əməkdaşları qəzaya düşmüş avtomobilin zərərini qiymətləndirmək əvəzinə sürücü ilə alver edir. Öz avtomobilimlə bağlı yaranmış problemimə sığorta şirkətinin əməkdaşı “ölüxana”a (avtomobillərin istifadə edilmiş ehtiyat hissələrinin ucuz qiymətə təklif edildiyi yer) ilə maraqlanmağımı məsləhət gördü. Sığorta şirkətinin əməkdaşı qiymətləndirmə işinə baxır, onun sürücü ilə alver etməsi yolverilməzdir. Bu gün əksər sığorta şirkətləri bu şəkildə işləyir”.
Ekspert həmçinin bildirib ki, bir çox sığorta şirkətləri avtomobil servisləri ilə əlbirdir:
“Sığorta şirkəti dəymiş zərəri şişirdir. Sürücü bildirir ki, zərərçəkən mənəm, o pulu ödə mənə, mən özüm istədiyim yerdən avtomobilimə uyğun olan hissələri alım. Bu olduqca normal bir sistemdir və düşünürəm ki, bunu etmək elə də çətin deyil. Ancaq sığorta şirkəti bu pulu verir servisə, həmin servis də bahalı-bahalı məhsulları yükləyir, hətta sığorta şirkəti avtomobildə dəyişməyə ehtiyac olmayan hissələri də ora qeyd edir. Çox yaxşı olar ki, bir dəfə bu məsələ araşdırılsın, buna nəzarət edilsin. Görsünlər ki, bu sığorta şirkətləri ilə servislər əlbir olub, sürücülərin başına oyun açır. Sığorta şirkəti sürücüyə dəymiş zərərin pulunu ödəsə, sürücü o pulun bəlkə də yarı hissəsinə avtomobilinə dəymiş zərəri aradan qaldıracaq. Ancaq servislər bunu daha yüksək qiymətə edirlər. Ən aşağısı 50 faiz fərq olur. Bu, dövlətin puludur və israf etmək olmaz”.
E.Muradlı bildirib ki, sürücülərin şəxsi məlumatlarını və onlar haqqında informasiyaları sığorta şirkətləri gizli saxlamır:
“Ən pisi isə ondan ibarətdir ki, sığorta şirkətləri sürücülərin şəxsi informasiyalarını açıq şəkildə paylayır. Məsələn, bir sürücünün sığortasının bitməsinə 1 ay qalmışdan bir neçə sığorta şirkəti həmin sürücüyə zəng edib sığorta təklif edir. Bu şirkətlər bu sürücü haqqında məlumatları, telefon nömrələrini haradan əldə edir? Deməli, bu məlumatlar gizli saxlanılmır. Sürücülərin şəxsi informasiyaları asanlıqla görülə, paylanıla bilir”.



958 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___