Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
800-dən çox fermerlər bundan yararlanacaq - Sədr açıqladı
Tarix: 10-09-2019 | Saat: 12:46
Bölmə:Bütün xəbərlər / M / Karusel / İqtisadiyyat | çapa göndər

800-dən çox fermerlər bundan yararlanacaq- Sədr açıqladı

2019-cu il mövsüm öncəsi mineral gübrələrin 70% güzəştlə ucqar kənd və qəsəbələrdə səyyar satış xidmətinə start verilməsi və cari ildə pambıq yığımına həsr olunmuş mətbuat konfransı keçirilib. 
"Xeberaz.Az" xəbər verir ki, mətbuat konfransında çıxış edən “Aqrolizinq” ASC-nin İdarə Heyətinin sədri Elmin Rəhmanov fermerlərin mineral gübrələrlə təminatı ilə bağlı fəaliyyətin davam etdirildiyini qeyd edib. Cəmiyyətin sədri bildirib ki, yanvar-fevral aylarında görülən işlərin davamı olaraq regionlarda mineral gübrələrin səyyar satışı həyata keçiriləcək. Səyyar satışa ilk olaraq sentyabr ayının 10-da Şəmkir rayonun Ələsgərli kəndindən start veriləcək. Ələsgərli və bu kəndə yaxın bütün ətraf kəndlərin fermerləri səyyar satışdan yararlana bilərlər. “Aqrolizinq” ASC qarşıya qoyulan məqsədlərə nail olmaq üçün üç istiqamətdə həftə ərzində 15 bölgədə mineral gübrələrin səyyar satışını təşkil edəcək. Bununla da mövsümün sonuna kimi 800-dən çox kənd və qəsəbə səyyar satış xidmətindən yararlanacaq: “Ölkədə mineral gübrənin satışı dövlət dəstəyi hesabına baş tutur. Bu gübrələr vətəndaşlara 70% güzəştlə satılır və satış həm “Aqrolizinq” ASC, həm də lisenziya əsasında fəaliyyət göstərən özəl şirkətlər tərəfindən aparılır. Səyyar satış zamanı qaydalar olduğu kimi qalır, yəni vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70%-lik güzəştdən yararlanaraq mineral gübrəni əldə edirlər. Təbii ki, səyyar satışın təşkili gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşısının alınmasına kömək edəcək və vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək, vətəndaş məmnuniyyətinə nail olmağımıza səbəb olacaq".
Elmin Rəhmanov pambıq sahələrində yığıma başlamaq üçün son hazırlıq işlərinə də toxunub. Bildirilib ki, hazırda Cəmiyyətin rayon bölmələrinin istifadəsində olan pambıqyığan kombaynlar yığıma hazırlanır. Belə ki, növbəti həftədən etibarən “Aqrolizinq” ASC-nin rayon bölmələrinin istifadəsində olan müasir tipli 123 kombayn vasitəsi ilə yığım həyata keçiriləcək. Eyni zamanda, pambıqçılıq sahəsində fəaliyyət göstərən iri şirkətlər tərəfindən də 288 pambıqyığan kombayn yığıma cəlb olunacaq: “Hesab edirik ki, hazırda istifadədə olan 411 kombayn vasitəsi ilə 100 000 hektardan çox olan pambıq sahəsində yığımın təşkil olunmasında heç bir çətinlik yaşanmayacaq. Qeyd edim ki, cari ildə  Azərbaycanda 21 rayonda 100 112 hektar sahədə pambıq əkini həyata keçirilib ki, bunun 96 241 hektarı hüquqi şəxslərə, 3 871 hektarı fiziki şəxslərə məxsusdur”. 
Cəmiyyətin sədri əlavə edib ki, yığım prosesi ilə yanaşı, məhsulun daşınması da vacib amillərdəndir. Bunun üçün “Aqrolizinq” ASC  tərəfindən 125 ədəd “Belorus-80X” tipli traktor, 220 ədəd qoşqu vasitəsi ilə yığılmış pambığın operativ şəkildə itkisiz daşınması həyata keçiriləcək: “Pambıqçılıqla məşğul olan fermerlər Cəmiyyətimizin xidmətlərindən yüksək səviyyədə yararlanmaları üçün məlumatlandırılıblar. Onlar bizə müraciət etməklə xidmətlərimizdən faydalana bilərlər”.



798 dəfə oxunub.

Digər xəbərlər
22-11-2015, 23:59 Qazaxda “VAZ” yandı

bütün xəbərlər
____ Instagram ___