Prezidentin kirayə evlərlə bağlı FƏRMANI – nələr dəyişəcək?
Tarix: 11-06-2019 | Saat: 11:45
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Azərbaycan Prezidenti “Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında” fərmanının icrasını təmin etmək məqsədilə bir sıra qanunverici aktlara dəyişiklik edib. Bu dəyişikliklərdə nələr nəzərdə tutulur və nə zamandan vətəndaşlar satın almaq məqsədi ilə kirayə mənzilə sahib ola biləcəklər?
Bu barədə danışan iqtisadçı Vüqar Byaramov bildirib ki, son fərman kirayə mənzil fondunun yaradılması ilə bağlı mexanizmin hazırlanmasının yekunlaşdığından xəbər verir:
“Bu o deməkdir ki, yaxın zamanlarda artıq vətəndaşlarımız kirayə mənzilə müraciət edə biləcəklər.Yeni fərmanda kirayə mənzilin təklif edilməsi artıq ipoteka ilə əlaqəli qanunvericiliyə daxil olundu və bu da hüquqi bazanın formalaşıb başa çatması anlamına gəlir. Eyni zamanda, elektron ipoteka portalında da kirayə mənzillərə müraciət formalaşdırılacaq.
Fondun təklif edəcəyi mənzillərlə bağlı kirayə yaşayış sahələri barədə ətraflı məlumatın olması (binanın və ya yaşayış evinin ünvanı, yaşayış sahəsinin sayı, yerləşdiyi mərtəbə, mənzilin sahəsi, otaqların sayı, plan-cizgisi, aylıq ödənişi və s.) və bu məlumatlar üzrə istifadəsi sadə olan axtarış imkanının yaradılması həyata keçiriləcək. Burada məqsəd kirayə mənzilə sahib olmaq istəyən vətəndaşların zonalar və eləcə də mənzil parametrləri üzrə məlumatları axrarış sistemi vasitəsi ilə əldə etməsidir.
Digər tərəfdən, kirayə müqaviləsi bağlamaq üçün müraciət etmiş şəxsin imkanının kirayə kalkulyatoru vasitəsilə həyata keçiriləcək”.
Onun sözlərinə görə, evi kirayə götürmək üçün aşağıdakı sənədlər tələb olunacaq:
- Kirayə müqaviləsini bağlamaq üçün müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənəd;
-Kirayə müqaviləsini bağlamaq üçün müraciət edən şəxsin nikah (və ya nikahın pozulması) haqqında şəhadətnaməsi;
- Kirayə müqaviləsini bağlamaq üçün müraciət edən şəxsin iş yerini və gəlirlərini təsdiq edən məlumatlar;
- Kirayə müqaviləsini bağlamaq üçün müraciət edən şəxsin ailə tərkibi barədə məlumatlar;
- Kirayə müqaviləsini bağlamaq üçün müraciət edən şəxsin vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi;
- Kirayə müqaviləsini bağlamaq üçün müraciət edən şəxsin kredit bürolarında saxlanılan məlumatları;
- Kirayə müqaviləsini bağlamaq üçün müraciət edən şəxsin sosial sığorta ödənişləri barədə məlumatlar;
- Kirayə müqaviləsini bağlamaq üçün müraciət edən şəxsin məhkumluğunun olması (olmaması) barədə məlumatlar;
Kirayə evlər üçün müraciət elektron olacaq və müraciətlərə növbəlik əsasında baxılacaq.
“Digər vacib dəyişiklik kirayə mənzilə müraciətə yalnız İpoteka və Kredit Zəmanət Fondu vasitəsi ilə deyil, həmçinin “ASAN xidmət” mərkəzləri vasitəsilə həyata keçiriləcəyidir. Vətəndaşlar həmçinin “ASAN xidmət” mərkəzləri vasitəsilə də kirayə evlərə müraciət edə biləcəklər”-deyə V.Bayramov bildirib.
Xəbəri paylaş
4428 dəfə oxunub.
Digər xəbərlər

24-03-2018, 11:38
Məhşur modeldən cəsarətli FOTO
10-06-2017, 11:07
Öldürülən qızın bir gün əvvəl rəfiqəsinə WhatsApp-da yazdığı dəhşətə gətirdi - VİDEO - FOTO
6-01-2023, 14:57
Üzeyir Hacıbəylinin heykəlinə ayaqqabı atanlardan biri həbs edildi
7-10-2021, 10:24
Azərbaycanda uşaqlar kütləvi vaksinasiya olunacaq? - RƏSMİ - VİDEO
6-06-2016, 19:00
28 ölkə Rusiyaya qarşı birləşməlidir
24-08-2017, 18:07
“II vice Miss Azerbaijan 2016”dan yeni layihə -“Su pərisi”- Fotosessiya
25-09-2020, 11:18
Mingəçevirdə kollec direktoru müavininə bahalı mənzil hədiyyə edib - FİKRƏT ZEYNALOV
1-10-2015, 18:03
Əməkdar artist Sənubər İsgəndərli gözəlliyi ilə seçilən və nümunə göstərilən xanımlardandır.
6-05-2022, 13:32
Maaş artsa da, “şirinlik” qalacaq? - Deputat özəl sektorun həkimlərinə diqqət çəkdi
30-10-2015, 14:36
Ramiz Pirverdiyevin adı “MTN işi”ndə hallanır