Sərxandan Mətanətə sərt sözlər:"... Azərbaycan qadınının adına böyük ləkədir"
Tarix: 20-08-2018 | Saat: 18:53
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər
Müğənni Sərxan Kərəmoğlu aparıcısı olduğu “Xoş gəldin” verilişində həmkarı Mətanət Əsədovanın ünvanına sərt sözlər deyib.
Xeberaz.az xəbər verir ki, ifaçı Mətanətin ünvanına sosial şəbəkələrdə tənqid yazanlara dəstək olub:
“Sosial şəbəkələrdə Mətanət xanımın ünvanına təhqir yazanlara müraciət edirəm. Təhqir yazmaq acizlikdir. Amma tənqid yazan hər kəsin əllərindən öpürəm. Düzgün edirsiz. Tənqid yazarsızsa, biz ondan nəticə çıxararıq”.
Kərəmoğlu eyni zamanda Əsədovanı yayılmış videoya görə qınayıb:
“Mətanət xanım, dediyim sözün üstündə dururam. Sizin çox gözəl sənətiniz var, ifa etdiyiniz boğazlar bu gün heç kimdə yoxdur. Allah o vergini yalnız sizə verib. Amma mən aktyoram, siz mənim qarşımda aktrisalıq edə bilmərsiniz. Mən insanın səs tembrından tuturam ki, bu insan mənə telefonda aktyorluqmu edir, ya həqiqəti danışır. Birincisi, sizi telefona çəkən insanı və orada oturanların kim olduğunu mən bilirəm, çox gözəl tanıyıram. Video sizi çəkən insan tərəfindən sosial mediaya yayılmayıb. Bu necə yayılıbsa, onu siz yaxşı bilirsiniz. Bizim qarşımızda artistlik etmə. Bilirsən ki, xalqı aldatmaq olmaz. İçki içmisiz, içməmisiz, dediyinizə görə limon suyudur, olsun, amma sizin yanınızda oturanlar içki içibsə və söyüş söyürsə, buna gücünüz çatmırsa, qalxıb məclisdən getməli idiniz. Amma siz getmədiz. Deməli, etdiyiniz hərəkət Azərbaycan qadınının adına böyük ləkədir. İkincisi, muğam oxumusuz, orada sizə zarafatyana sözlər deyilib. Siz dərhal muğam oxumağı dayandırmalı və yenə çıxıb getməli idiniz. Bizim muğam və musiqi sənətimizi siz təhqir etmisiniz, orada əyləşən insanlar yox”.
Xəbəri paylaş
1 1208 dəfə oxunub.
Digər xəbərlər

3-04-2017, 18:49
Peterburq metrosunda partlayışda 10 nəfər ölüb, 20 nəfər yaralanıb - RƏSMİ - YENİLƏNİB
13-09-2015, 00:14
"Qarabağ" qalib gəldi, "Qəbələ" uduzdu
14-11-2022, 12:29
DTX İrana işləyən casus şəbəkəsini ifşa etdi - VİDEO - FOTO
12-02-2018, 22:21
İnstaqramda yeni funskiya istifadəyə verildi
14-10-2015, 21:01
Tehranda Habil Əliyevin xatirəsi anıldı
4-07-2018, 13:01
Sərnişinlərdən gediş haqqı tələb edən sürücülər CƏZALANDIRILACAQ
12-09-2023, 14:59
Turabi yenidən "Survivor"da - Acun Ilıcalı AÇIQLADI
10-05-2015, 16:53
“Sinergy-Baku” “Tour d`Azerbaidjan-2015”in qalibi oldu
30-06-2016, 20:38
AZƏRBAYCANLI APARICI OD PÜSKÜRDÜ: “OTURUB BOŞ BOŞ DANIŞMAYIN.....”