Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda film kimi DƏLƏDUZLUQ- Avtomobil alarkən diqqətli olun.
Tarix: 23-03-2022 | Saat: 21:40
Bölmə:Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / M2 / Araşdırma | çapa göndər

Şəkildə gördüyünüz Hüseynov Rasim Zakir oğlu maşın satarkən Əsgərli Orxan Tehran oğluna qarşı dələduzluq edib.
Dələduzluğa məruz qalan Əsgərli Orxan Tehran oğlu düşdüyü vəziyyətdən çarəsiz qalaraq redaksiyamıza müraciət edib.
Müraciəti təqdim edirik!
Təxminən iki ay bundan öncə maşın bazarından HYUNDAİ SANTAFE markalı 99  UM 029 dövlət qeydiyyat nişanlı avtomobili Hüseynov Rasim Zakir oğlundan almışam. Aldığım avtomobili öz adıma sənətləşdirmə edərkən avtomobilin ban və motor nömrələrinin dəyişdirildiyi aşkar olundu. Və sonra mənə məlum oldu ki, avtomobili satan Rasim adlı şəxs dələduzluq yolu ilə məni aldadıb və daha sonra o da aşikar oldu ki, Hüseynov Rasim Zakir oğlu dələduzluqla məşğul imiş və o məni aldadıb. Təxminən 20 gün öncə Səbail Polisinə bu məsələ ilə bağlı müraciət etmişəm. Və hələdə məni aldadan şəxlə bağlı heç bir tədbir görülməyib. Mənə qarşı dələduzluq edən şəxs polis bölməsinə gəlməkdən boyun qaçırır və Azərbaycan qanunlarına riayət etmir. Bir vətəndaş kimi biz hər zaman Azərbaycan Polisinə arxalanırıq və Azərbaycan Polisinin bizi hər zaman qoruduğuna əminik. İş Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsinin rəisi Röyal Hümbətovun nəzarətindədir. Hadisəni baş müstəntiq Ceyhun müəllim araşdırır. Səbail Rayon Polis idarəsinin operativ işləməsinə baxmayaraq mənə qarşı dələduzluq edən şəxs Hüseynov  Rasim hələ də polis şöbəsinə gətirilə bilməyib. Ümid edirəm ki, Azərbaycan qanunlarının gücü mənə qarşı dələduzluq edən Rasim adlı şəxsi polis şöbəsinə gətirilməsinə çatacaqdır.
Gundelik-Baki





Xəbəri paylaş

3958 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___