Deputat manatın məzənnəsindən danışdı: Ucuzlaşma davam edəcək
Tarix: 21-12-2015 | Saat: 14:48
Bölmə:M / Karusel / İqtisadiyyat | çapa göndər
“Bunun başqa yolu yox idi”.
Manat onsuz gec-tez bazar qiymətinə almalıdır. Mən neçə ildir bunu deyirəm. Manatın məzənnəsini qoruyub saxlamaqla deyil ki? Azərbaycan Mərkəzi Bankının (AMB) 15 milyard dollar valyuta ehtiyatı var idi. Hazırda isə 5,5 milyard dollar qalıb. Bu ehtiyatlarda qurtardı? Sonra nə baş verəcək? Bunun başqa yolu yox idi.
Bu sözləri Milli Məclisin deputatı Vahid Əhmədov Azərbaycan Mərkəzi Bankının son qərarını şərh edərkən deyib.
Deputatın sözlərinə görə, manatın ucuzlaşması davam edəcək:
“Manatın dəyərdən düşməsi, ucuzlaşma gedəcək. Hazırda neftin qiymətləri 35-36 dollara düşüb. Bilirsiz ki, manatın məzənnəsi də dünya bazarında neftin qiymətindən birbaşa asılıdır. Bu halda biz manatı necə qoruyub saxlaya bilərik? Bu proses getməlidir. Başqa yolu yoxdur”, - deyə deputat deyib.
Bundan sonra dollar nə qədər bahalaşa bilər sualına isə V.Əhmədov bu cür aydınlıq gətirib:
“Bundan sonra manatın məzənnəsi valyuta bazarında tələb təklif və s. əsasında formalaşacaq”.
Deputat onu da əlavə edib ki, Azərbaycan gec-tez üzən məzənnə siyasətinə keçməli idi:
“Azərbaycan gec-tez üzən məzənnə siyasətinə keçməli idi. Amma bunun şok tərəfi kimə lazım idi?”, - deyə deputat əlavə edib.
Xəbəri paylaş
6808 dəfə oxunub.
Digər xəbərlər

30-12-2016, 02:32
Əsəd Putinə söz verdi
27-02-2016, 11:00
Qış geyimlərinin saxlanılması - Qaydaları
9-09-2018, 15:55
Mingəçevirdə gəlini aparan maşın qəzaya düşdü - Yaralananlar var
29-01-2022, 11:19
Azərbaycanda sevgi dramı - Özündən 10 yaş böyük qadın "yox" dedi...
18-04-2016, 20:25
Tələbələr arasında futzal yarışı keçirilib
25-01-2017, 12:37
Türkiyə İŞİD-in mövqelərini darmadağın etdi
16-03-2017, 17:24
“Beşiktaş” “Olimpiakos”a, “Mançester Yunayted” “Rostov”a qarşı
14-04-2016, 13:35
Nalbandyan-“Bu, Azərbaycana da sirr deyil”
15-10-2021, 09:14
Putindən amerikalı jurnalistə ŞOK sözlər: gözəl qadındır... - VİDEO
29-06-2017, 11:17
Bakı metrosunda gənclər öpüşdü - Video