Azərbaycanda nazirliyin tabeliyində yeni qurum yaradıldı
Tarix: 20-12-2015 | Saat: 22:39
Bölmə:M / Karusel / Təhsil | çapa göndər
Bu qurum özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərəcək
Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Elektron Hökumət Təlim-Tədris Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılıb. Bununla bağlı baş nazir Artur Rasizadə qərar qəbul edib.
Qərarda bildirilir ki, yeni yaradılan MMC əhalinin, dövlət qulluqçularının və dövlət müəssisələrində çalışan işçilərin informasiya texnologiyalarından istifadə sahəsində hazırlıq səviyyələrinin artırılması və elektron idarəçilik üzrə bacarıqların inkişaf etdirilməsi məqsədi ilə fəaliyyət göstərəcək.
Qərarda deyilir:
1. Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində payları dövlətə məxsus, özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərən “Elektron Hökumət Təlim-Tədris Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılsın.
2. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu qərarın 1-ci hissəsi ilə yaradılmış “Elektron Hökumət Təlim-Tədris Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin idarəetmə orqanının yaradılmasını qanunvericilikdə nəzərdə tutulmuş qaydada təmin etsin.
3. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi “Elektron Hökumət Təlim-Tədris Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsinin təsdiq edilməsi və dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin həyata keçirilməsini təmin etsin.
Xəbəri paylaş
6558 dəfə oxunub.
Digər xəbərlər

31-07-2015, 15:23
Türkiyədə fövqəladə vəziyyət elan olundu
20-05-2021, 12:07
“Azərbaycanla yeni sənəd imzalamağa hazıram” - Nikol Paşinyan
13-01-2016, 22:31
Fransada məktəblilər qar uçqununa düşüb, ölən və xəsarət alanlar var
11-04-2018, 12:13
Kim daha çox yaşayır - kök insanlar yoxsa arıq?
25-04-2016, 16:50
Bakının mərkəzində qanlı cinayət - ölən var
17-11-2017, 16:02
Lavrovun Azərbaycana gələcəyi tarix MƏLUM OLDU
8-08-2021, 17:19
"Mənim yaşıma çatıb siz də belə gözəl qalın"
2-07-2015, 02:41
Ermənistan tərəfi razı olsa açıqlama sabah veriləcək
4-11-2023, 09:56
Hava bu tarixdən kəskin dəyişir - XƏBƏRDARLIQ
16-03-2016, 13:41
Bakıda telefon oğrusu müşahidə kamerasına düşdü (VİDEO)