Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Allahşükür Paşazadə Misir və Əfqanıstan səfirlərini qəbul edib
Tarix: 17-12-2015 | Saat: 17:56
Bölmə:M / Karusel / Siyasət / İbadət | çapa göndər

Allahşükür Paşazadə Misir və Əfqanıstan səfirlərini qəbul edib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Misir Ərəb Respublikasının və Əfqanıstanın Azərbaycandakı səfirlərini qəbul edib.

Xeberaz.az Apa.az-a istinadən xəbər verir ki, görüşdə ölkələr arasında olan tarixi əlaqələr və mənəvi yaxınlıq, dini-mənəvi əlaqələrin inkişafı müsbət dəyərləndirilib. Misir səfiri xanım Suzan Cəmil ilə görüşdə A. Paşazadə bu ölkənin Əl-Əzhar şeyxinə salamlarını və onu gələcəkdə Azərbaycanda keçiriləcək beynəlxalq tədbirlərdə görmək istəyini çatdırmağı səfirdən rica edib.

Səfir isə Azərbaycanda olduğu iki ay ərzində müşahidə etdiyi dinlərarası münasibətlərdəki tolerantlıq, müxtəlif məzhəb və dinlər arasında mövcud qardaşlıq və ehtiramdan çox məmnun olduğunu qeyd edərək, ölkəmizdə aparılan quruculuq işlərinin miqyasından danışıb.

Daha sonra Əfqanıstan səfiri Taqi Xalilini qəbul edən A. Paşazadə Azərbaycan və Əfqanıstan xalqları arasında tarixi dostluq və qardaşlıq münasibətlərindən danışıb, bu əlaqələrin inkişaf etdirilməsi arzusunda olduğunu bildirib və bu istiqamətdə fəaliyyətində səfirə uğurlar arzulayıb.

Görüşün sonunda xatirə hədiyyəsi təqdim olunub.


Xəbəri paylaş

6188 dəfə oxunub.

Digər xəbərlər
20-11-2015, 21:26 Putin İrana gedir

bütün xəbərlər
____ Instagram ___