İlham Əliyev: Azərbaycan-Rusiya münasibətləri uğurla inkişaf edir
Tarix: 20-11-2015 | Saat: 15:39
Bölmə:M / Karusel / Siyasət | çapa göndər
Prezident görüş keçirdi.
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 20-də Rusiyanın təhsil və elm naziri Dmitri Livanovu qəbul edib.
Xəbəraz.az AzərTAc-a istinadən xəbər verir ki, dövlət başçısı Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin bütün istiqamətlərdə, o cümlədən təhsil sahəsində uğurla inkişaf etdiyini vurğulayıb.
Prezident İlham Əliyev Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında bu il artıq ilk buraxılışın olmasının və Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının ölkədə fəaliyyətə başlamasının önəmini qeyd edib.
Dövlət başçısı iki ölkənin təhsil sahəsində əməkdaşlığının digər formalarının müəyyənləşdirilməsinin zəruriliyini də qeyd edib.
Azərbaycanlı tələbələrin Rusiyanın müxtəlif ali məktəblərində təhsil almalarını əlaqələri yaxşı göstəricisi kimi dəyərləndirən Prezident İlham Əliyev bu istiqamətdə əməkdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb, müxtəlif sahələr üzrə mütəxəssislərin hazırlanmasında təhsilin hər iki ölkə üçün əhəmiyyətli olduğunu deyib.
Rusiya Federasiyasının təhsil və elm naziri Dmitri Livanov iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi işinə xüsusi diqqət göstərdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının uğurlu fəaliyyətini məmnunluqla qeyd edən Dmitri Livanov Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının da Azərbaycanda nüfuz qazanacağına və peşəkar tibb işçilərinə olan tələbatın ödənilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu vurğulayıb.
Rusiyanın təhsil və elm naziri Azərbaycan İqtisad Universitetinin Dərbənd filialının fəaliyyətini təhsil sahəsində qarşılıqlı əməkdaşlığın nümunəsi kimi dəyərləndirib.
Görüşdə iki ölkə arasında təhsil sahəsində əlaqələrin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbəri paylaş
6228 dəfə oxunub.
Digər xəbərlər

15-12-2015, 00:56
Azərbaycan Qarabağla bağlı Rusiyaya müraciət etdi
30-06-2017, 13:36
Aparıcının canlı yayımda dəhşətli ölüm anı (VİDEO)
18-02-2016, 13:40
DİN dəhşətli qəza ilə bağlı məlumat yaydı
12-07-2021, 10:49
Rusiyalı mütəxəssis koronavirusun "İÇ ÜZÜNÜ" AÇDI
30-07-2017, 10:53
Bu qurum AZAL-dan alındı
28-02-2017, 17:40
Gəncədə sillə-təpik davası: 2 qırmızı vərəqə...
10-06-2021, 12:11
AMEA ilə "Şərq-Qərb" Nəşriyyatı arasında "yoxa çıxan" milyonların izi ilə - SƏNƏDLƏR DANIŞIR
2-12-2022, 13:12
Azərbaycanda yeniyetmə qız hamilə qaldı: Araşdırma aparılır
7-07-2019, 12:20
Bu kitablar 8 milyon avrodan artıq qiymətə satıldı
14-08-2019, 11:30
Prezidentlər telfonla danışdılar