Bu kitablar 8 milyon avrodan artıq qiymətə satıldı
Tarix: 07-07-2019 | Saat: 12:20
Bölmə:Karusel / Gündəm / Maraqlı / M2 | çapa göndər
“Christie's” hərrac evi üç gün keçirilən hərraclardan sonra məşhur sürrealist müəlliflərin əsərlərini iyulun 5-də 8,116813 milyon avroya satıb.
"Xəbəraz.Az" xəbər verir ki, söhbət uzun illər sürrealist ədəbiyyat toplamış fransalı kolleksiyaçı Pol Detribanın (1926-2017) raritet nəşrlərdən ibarət kitabxanasının birinci hissəsinin satılmasından gedir. Tam bir sıra lotların son qiyməti nəzərdə tutulan qiyməti üstələyib.
Məsələn, Pol Elüarın 1936-cı ildə çapdan çıxmış “La barre d'appui” ("Barmaqlıq”) şeirlər toplusu üçün 532 min avro ödənilib, halbuki onun qiymətinin 100-150 min avrodan çox olmayacağı gözlənilirdi. Kitab Pablo Pikassoya məxsus üç ofortla illüstrasiya olunub. Bundan əlavə, rəssam bu nüsxədə öz əlinin izini qoyub. Bu kitabın qiyməti indiki hərraclarda ən yüksək qiymət olub.
Andre Bretonun “Sürrealizmin ikinci manifesti“ kitabının birinci nəşrinin iki nüsxəsi də yaxşı qiymətə satılıb. Kitablardan birinin frontispisində sürrealist rəssam Salvador Dalinin avtoqrafı var. Kitabın yeni sahibi onun üçün 442 min avro ödəyib, halbuki gözlənilən qiymət 60-120 min avro olub.
Hərrac evinin nümayəndəsi bildirib ki, iyulun 3-dən hərraca çıxarılan 605 lotdan 546-nın satılması bu hərracın müvəffəqiyyətlə keçdiyini göstərir. Bu zaman Fransa Milli Kitabxanası, Pompidu Mərkəzi və Nant şəhərinin Milli Kitabxanası Fransa qanunlarının onlara verdiyi satınalmada üstünlük hüququndan istifadə ediblər. Həmin qurumların ekspertlərinin seçdiyi 14 lot onlara ucuz qiymətə satılacaq.
“Christie's” hərrac evindən bildiriblər ki, uzun illər kitab kolleksiyası toplayan Pol Detriba bu kolleksiya əsasında 1909-1980-ci illər dövründə sürrealist ədəbiyyatın və incəsənətin nümayəndələrinin yaradıcılığını əhatə edən “Avanqardın kitabxanası”nı açmağı planlaşdırırdı. Onun unikal kolleksiyası 13 min kitab, jurnal, kitabça, afişa və vərəqələrdən ibarət olub. Onların 6 mini “Christie's” hərracı vasitəsilə satılır. Yeni hərraclar 2020-ci ilin iyuluna qədər keçiriləcək. (publika.az)
Xəbəri paylaş
4148 dəfə oxunub.
Digər xəbərlər

5-07-2016, 13:54
Xalq şairi: “İlk andaca ona vuruldum”
23-09-2016, 14:38
Prezident təqaüdünə layiq görülmüş kəlbəcərli tələbələrlə görüş
18-07-2018, 18:25
Aparılan işlərin nəticələrini görürük – İlham Əliyev
4-06-2017, 17:34
Tolikdən Kənana: "Bəzilərinin arzusu ürəyində qaldı"
28-07-2016, 20:10
Bayrağımızı zibil qutusuna atdıran MER HƏBS OLUNDU
19-06-2015, 15:05
"Mühteşem Yüzyıl"ın davamı çəkilir
21-02-2022, 13:44
Bir ailənin məhvinə gətirən qəzanın səbəbi nə idi: Nahamar yol, yoxsa yüksək sürət? - VİDEO - FOTO
29-11-2021, 10:46
Azərbaycanda koronavirusun "Omikron" ştamı aşkarlanıb? - RƏSMİ AÇIQLAMA