Azərbaycan və Ermənistan prezidentləri görüşə bilərlər
Tarix: 19-11-2015 | Saat: 12:04
Bölmə:M / Karusel / Siyasət | çapa göndər
“Bu görüşün hansı gün keçiriləcəyi barədə qəbul olunmuş qaydalar üzrə məlumat veriləcək”.
Azərbaycan və Ermənistan prezidentlərinin görüşü çox güman ki, dekabrın əvvəlində baş tutacaq.
Xəbəraz.az xəbər verir ki, bu barədə çərşənbə günü jurnalistlərə erməni parlamentinin vitse-spikeri, hakimiyyətdə olan “Ermənistan Respublika partiyası”nın mətbuat katibi Eduard Şarmazanov partiyanın iclasından sonra bildirib.
“Prezidentlərin görüşü yaxın həftələrdə baş tutacaq. Dekabrın əvvəlində Əliyev-Sarkisyan görüşünün mümkün olacağını güman edirəm. Bu görüşün hansı gün keçiriləcəyi barədə prezident aparatı qəbul olunmuş qaydalar üzrə xəbər verəcək”, - Şarmazanov deyib.
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Pyer Andriye (Fransa) 26-28 oktyabr tarixlərində münaqişə regionuna səfər ediblər.
Səfərin nəticələrinə görə vasitəçilər Azərbaycan və Ermənistan prezidentlərinin ilin sonuna qədər yüksək səviyyədə görüş keçirməyə hazır olduqlarını təsdiqləmələri barədə bəyanatla çıxış ediblər.
Xəbəri paylaş
4948 dəfə oxunub.
Digər xəbərlər

13-08-2023, 16:13
Bəy toy mərasimini gözlədi: 200 qonağın qarşısında gəlini ŞOKA saldı
24-04-2015, 21:21
Bakıda məcburi köçkünün məskunlaşdığı ev yanıb
26-01-2023, 13:10
Azərbaycanda yasda dava düşdü - Üzündən bıçaqladılar
11-05-2021, 11:39
"Ermənilər Kəlbəcərdə hər addımbaşı mina basdırıb" - Ombudsman
3-08-2017, 16:06
Zaurla Günayın ailəsində xoş gün - FOTO
18-10-2020, 11:54
Düşmən bu gün daha 40 hərbçi itirdi - Siyahı
27-04-2018, 19:27
İnsan, onun haqqını basanı bağışlamalıdırmı?
12-04-2017, 12:18
Əri Tuba haqda danışmaq istəmədi
7-05-2018, 20:42
Dəhşətli qəzada ölən nişanlı qızın SON ARZUSU...