Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İnsan, onun haqqını basanı bağışlamalıdırmı?
Tarix: 27-04-2018 | Saat: 19:27
Bölmə:Karusel / M2 / İbadət | çapa göndər


Allah Təala Qurani-Kərimdə buyurur: “Hər bir pisliyin cəzası onun kimi bir pislikdir (öldürmək, kəsmək və yaralamağın cəzası eyni ilə özü kimidir və malın tələf edilməsi müqabilində onun əvəzi və ya maddi dəyəridir). Bununla belə, əgər kimsə əfv etsə və (Allahla öz arasını və özü ilə tərəf müqabilinin arasını) düzəltsə, onun mükafatı Allahın öhdəsinədir. Həqiqətən O, zalımları (pislikdə başlayan tərəf olanları və cəzalandırmaqda həddi aşanları) sevmir”. (“Şura” 40).
 
Bu ayədən və Məsumlarımızın (ə) buyurduqlarından belə nəticəyə gəlmək olur ki, əfv və güzəşt etmək insana əcr və mükafat verər və belə insan Allah yanında sevimli bəndələrdən olar. İnsanın əfv etməsi o zaman ləzzətli və faydalı olar ki, onu bağışlamaq üçün qüdrəti vardır.
 
Bəs bu faydalar hansılardır?
1. Baxmayaraq ki, günahkar tərəf səndən əfv etməyini istəməmişdir, sən alicənablıq göstərib qardaşlıq bağlarını sarsıtmamaq üçün onu əfv edirsən. Bu cür əfvin səmiyyət və qarşılıqlı məhəbbətə müsbət təsirləri vardır.
 
2. Əvf edən insan əslində bu güzəşti ilə qarşı tərəfi 2 əziyyətdən xilas edər. Birincisi budur ki, onu Qiyamət günü bu günahına görə cəza çəkməkdən xilas edər, ikincisi isə qüdrəti olduğu halda onu bağışlamışdır. Əgər bağışlamasaydı, onu cəzalandırmağa qüdrəti olduğu üçün canı təhlükədə olardı. Əlbəttə ki, bu iki halda bağışlayan tərəf daha çox fayda əldə edər, çünki onun kamalı o birisindən daha üstün olar.
 
3. Əslində bu cür əfvin başqa bir faydası – Allahın şükrünü yerinə yetirməkdir. Belə ki, İmam Əli (ə) buyurur: “Nə zaman düşməninə qüdrət əldə etdin, onu bağışlamağı bu qüdrətin şükrü qərar ver!”.
 
4. Bağışlamaq və əfv etmək – fəzilətli sifətlərdən hesab olunur ki, həqiqi möminə aid edilir. Amma bəzən bu cür əfv etmək qarşı tərəfin ondan sui-istifadə etməsinə və ya yanlış tərbiyəsinə səbəb olur. Ona görə də İmam Əli (ə) buyurur: “Güzəşt – alicənab şəxsi düzəltdiyi qədər, alçaq insanı məhv edər”.
 
5. Əfv etmək din qardaşları ilə rabitəni qorumağa səbəb olar. Ona görə də Allah buyurur: “Əfv və güzəşt yolunu tut, yaxşı işlər görməyi əmr et və nadanlardan üz döndər”. (“Əraf” 199).
 
6. Quranın nəzərinə görə, günahkarı bağışlamaq üç mərhələdə ola bilər:
a) Birinci mərhələ - günahı əfv etmək və bağışlamaqdır.
b) İkinci mərhələ - günaha göz yummaqdır.
c) Üçüncü və ən kamil mərhələ odur ki, günahkarı bağışlayıb xatasına göz yumasan və onu heç kəsə faş etməyəsən.
 
7. Bəzən insan iki yol ayrıcında qalır. Bilmir bağışlasın, yoxsa yox. Bu halda əfv etməyin cəzalandırmağa qarşı üstünlüyü vardır. Çünki əfv etmək əxlaqi fəzilətlərdəndir. Əgər xatakar üçün faydasız və təsirsiz olsa da, ən azı bağışlayan tərəfin fəzilətini gücləndirər və inkişaf etdirər. İmam Baqir (ə) buyurur: “Güzəşt etməyə görə peşman olmaq, cəzalandırmaqdan peşman olmaqdan daha asan və üstündür”.


Xəbəri paylaş

1 2058 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___