İlham Əliyev Rey Maybusu qəbul etdi - FOTO
Tarix: 07-11-2015 | Saat: 18:10
Bölmə:M / Karusel / Siyasət / Xəbəraz-ın debatı | çapa göndər
Ətraflı fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də ABŞ Hərbi Dəniz Qüvvələrinin katibi Rey Maybusun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
ABŞ Hərbi Dəniz Qüvvələrinin katibi Rey Maybus ilə 4 il bundan əvvəlki görüşünü məmnunluqla xatırlayan Prezident İlham Əliyev onun ölkəmizə bu səfərinin Azərbaycan ilə ABŞ arasında müdafiə sahəsində əməkdaşlığın perspektivlərini müzakirə etmək üçün yaxşı imkan yaradacağını deyib. Müdafiə sahəsində əməkdaşlığın uzun tarixə malik olduğunu vurğulayan dövlətimizin başçısı bildirib ki, Azərbaycan tərəfi regionda sabitliyin təmin olunması istiqamətində səylərini əsirgəmir. Prezident İlham Əliyev ötən dövr ərzində regionda vəziyyətin xeyli dəyişdiyini də qeyd edib.
Ölkəmizə ötən səfərini məmnunluqla xatırlayan Rey Maybus Azərbaycan Silahlı Qüvvələrinin Beynəlxalq Sülhməramlı Missiyanın tərkibində Kosovoda, İraqda, hazırda isə Əfqanıstanda uğurla əməkdaşlıq etdiyini vurğuladı, treninqlərin, qarşılıqlı təcrübə mübadiləsinin, hərbi təhsil sahəsində əməkdaşlığın önəmini qeyd edib.
Xəbəri paylaş
6808 dəfə oxunub.
Digər xəbərlər

7-03-2019, 20:20
Azərbaycanın iki hərbçisi qar uçqununa düşüb
30-03-2019, 16:48
Elçin Quliyev Ermənistanla sərhəddə - FOTO
11-01-2019, 14:40
İlham Əliyev 2019-cu ili “Nəsimi İli” elan etdi
11-08-2017, 13:07
Sabah 36 dərəcə isti olacaq
21-04-2016, 22:57
58 yaşlı kişinin başına oyun açdılar - Video
19-01-2016, 15:54
Qəbələdə ev partladı, körpə faciəli şəkildə öldü
21-04-2016, 14:01
100 yeni təcili yardım avtomobili gətirilib
25-12-2015, 13:25
Nazir: Əhalinin gəliri artıb
25-06-2018, 15:56
Azərbaycanlı fotomodelin paylaşımı səs-küyə səbəb oldu - FOTO
23-08-2023, 16:07
Elgizin eynəyi müzakirələrə səbəb oldu -"Bəs niyə qadın eynəyi?"