YAP pulsuz efirdən imtina etdi - Rəsmi müraciət
Tarix: 09-10-2015 | Saat: 13:31
Bölmə:M / Karusel / Siyasət | çapa göndər
Hakim Yeni Azərbaycan Partiyası (YAP) noyabrın 1-də keçiriləcək parlament seçkilərinin təşviqat mərhələsində pulsuz efir vaxtından istifadə etməyəcək
Xəbəraz.az xəbər verir ki, bunu "Report"a açıqlamasında YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib. O bildirib ki, partiya pulsuz təşviqatdan imtina haqda qərar qəbul edib. S.Novruzovun sözlərinə görə, artıq bununla bağlı müraciəti Mərkəzi Seçki Komissiyasına göndəriblər.
O xatırladıb ki, bu il keçiriləcək parlament seçkilərində YAP-ın 60-dan artıq seçki dairəsində namizədi qeydə alınıb: "Amma digər partiyalar, seçki bloku 60-dan artıq seçki dairəsində namizəd qeydiyyatdan keçirə bilməyiblər. Seçki Məcəlləsində nəzərdə tutulduğu kimi 60-dan çox dairədə namizədimiz qeydə alındığına görə YAP-a pulsuz efir vaxtı ayrılır, dövri mətbuatda təşviqatın aparılmasına şərait yaradılır. Amma YAP bundan istifadə etməyəcək. Çünki başqa partiyalar və parlament seçkisinə qatılan blok 60-dan artıq dairədən namiəz qeydiyyata aldıra bilmədiklərinə görə pulsuz efir vaxtı hüququ qazana bilməyiblər. Belə olanda da alternativlik olmur. Ona görə də dövlətin ayırdığı ödənişsiz efir vaxtından imtina etmişik".
Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, 60-dan çox seçki dairəsindən namizədləri qeydə alınan siyasi partiyalara, siyasi partiyaların bloklarına seçkiqabağı təşviqat aparmaq üçün İctimai Televiziya və Radioda efir vaxtı ayrılır, o cümlədən dövlətdən maliyyələşən dövri mətbuatda pulsuz təbliğat-təşviqat aparmaq üçün şərait yaradılır.
Xəbəri paylaş
5378 dəfə oxunub.
Digər xəbərlər

30-03-2020, 17:00
Azərbaycanda daha 64 nəfər koronavirusa yoluxdu - 3 nəfər isə...
18-04-2021, 12:20
Ağdamda qoyun otaran şəxs minaya DÜŞDÜ
10-06-2016, 23:27
Cəbəllütariq: “Britaniyanın tərkibində qalacağıq”
8-01-2019, 11:01
Rəqsanənin əkiz uşaqlarının atası - Foto
22-03-2015, 01:10
"Biz super klub deyilik"
21-02-2023, 12:06
“Narkotiki 10 manata almışdım” - “Daqqılı”nın ifadəsi
15-03-2016, 19:58
Moskvanın ən bahalı fahişələri saxlanıldı
31-12-2015, 16:57
Ağdaşda qonşu qonşunun qulağını kəsib tulladı
16-03-2020, 20:39
İraqda insanların küçəyə çıxması qadağan edildi
24-03-2020, 02:58
Yeni tətbiq: telefona yükləyin və koronadan uzaq olun!