Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İlham Əliyev San-Marinonun XİN başçısını qəbul etdi
Tarix: 08-09-2015 | Saat: 14:07
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

İlham Əliyev San-Marinonun XİN başçısını qəbul etdi
İkitərəfli münasibətlər müzakirə olundu.

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 8-də San-Marino Respublikasının xarici işlər naziri Paskal Valentinini qəbul edib.

Xəbəraz.az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir ki, prezident San-Marino Respublikasının Kapitan-Regentlərinin birinci Avropa Oyunlarının açılışında iştirakının, onlarla keçirdiyi görüşlərin və aparılan geniş fikir mübadiləsinin ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını vurğuladı.

Prezident İlham Əliyev əlaqələrimizin inkişafı üçün imkanların müəyyənləşdirilməsinin vacibliyini vurğuladı. Dövlət başçısı San-Marino Respublikasının xarici işlər nazirinin ölkəmizə səfəri zamanı ikitərəfli münasibətlərimizin genişləndirilməsi ilə bağlı müxtəlif məsələlərin müzakirə ediləcəyinə ümidvar olduğunu bildirdi.

San-Marino Respublikasının xarici işlər naziri Paskal Valentini səfər proqramının geniş olduğunu dedi. O, bildirdi ki, son 2 ay ərzində San-Marinodan iki nümayəndə heyətinin Azərbaycana səfər etməsi ölkəsinin Azərbaycan ilə əlaqələri genişləndirməkdə maraqlı olduğunu nümayiş etdirir.


Xəbəri paylaş

5888 dəfə oxunub.

Digər xəbərlər
17-04-2016, 11:27 Gənc aktrisa hicaba keçdi

bütün xəbərlər
____ Instagram ___