Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sabir Rüstəmxanlının həyat yoldaşı namizəd olacaq
Tarix: 07-09-2015 | Saat: 13:33
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Sabir Rüstəmxanlının həyat yoldaşı namizəd olacaq

“Parlament seçkilərində namizədliyimi irəli sürəcəm”

Bunu “Azəri-Türk Qadınlar Birliyi”nin sədri Tənzilə Rüstəmxanlı deyib.

Onun sözlərinə görə, builki parlament seçkilərində Bakıda yaşadığı və tanındığı ərazidən şansını dəyərləndirəcək:

“Bakıda hansısa bir dairədən namizədliyimi irəli sürəcəm. Hələ ki bu haqda tam qərar verə bilmədiyimizə görə, ondan dolayı bir az ləngimələr olur. Hazırda proseslərin gedişini izləyirik, baxaq, görək kim hansı dairədən namizədliyini irəli sürəcək. İki gün ərzində namizədliyimi hansı dairdən verəcəyimi açıqlayacam”.

“Namizədliyinizi irəli sürəcəyiniz halda, Sabir Rüstəmxanlı da seçkilərə qatılacaqmı” sualını T.Rüstəmxanlı bu şəkildə cavablandırıb:

“Sabir müəllim hələ ötən il mənə demişdi ki, builki parlament seçkilərinə qatılmayacaq. Mənə dedi ki, builki seçkilərdə sən iştirak edərsən. Bilir ki, mən iki dəfə seçkilərdə iştirak etməkdən imtina etmişəm. Təklifi Sabir müəllim özü irəli sürüb və mənə bildirib ki, seçkilərə qatılmaq sənin də haqqındır. Əgər mən namizədliyimi versəm, o zaman Sabir müəllim seçkilərə qatılmayacaq”. (modern.az)


Xəbəri paylaş

8638 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___