Əlillərin müavinəti artırılacaq? - RƏSMI
Tarix: 08-11-2018 | Saat: 12:14
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında növbəti ildə əlillərin pensiyasının artımı ilə bağlı sualı cavablandırıb.
Nazir müavini bildirib ki, əlillər daim diqqət mərkəzindədir: “Bizim pensiya sistemimiz sığorta prinsiplərinə əsaslanır. Bura əlilliyə, yaşa və ya ailə başçısını itirməyə görə pensiyaya çıxanlar daxildir”.
İ.İsayev qeyd edib ki, pensiya fərdi şəxsə hesabda toplanılan məbləğdən asılı olaraq təyin edilir: “Əlillər də bu kateqoriyadan olan şəxslərdir. Sadəcə fərq odur ki, onlar əlillik səbəbindən pensiyaya çıxırlar. Həmin şəxsin fərdi hesabında nə qədər vəsait toplanıbsa, ona uyğun da pensiya alır. Burada sığorta prinsipləri nəzərə alınmalıdır”.
Nazir müavini vurğulayıb ki, Azərbaycanda əlillər pensiya ilə yanaşı, müavinət də alırlar: “Əlillərin sosial müavinətinin artırılması ilə bağlı növbəti ildə də işlər görüləcək. Onların məbləği kapitaldan asılı deyil, fiks rəqəmlə ifadə olunur. Biz həmin vəsaitin artırılması ilə bağlı ciddi addım atacağıq”.
Xəbəri paylaş
6278 dəfə oxunub.
Digər xəbərlər

24-11-2021, 08:33
Vaksin vurduranlara pul verilə bilərmi? - Operativ Qərargah rəsmisindən AÇIQLAMA - VİDEO
4-11-2020, 16:59
Millimiz dünya çempionatında iştirak etməyəcək
12-11-2015, 16:38
İlham Əliyev naziri işdən çıxartdı
15-01-2017, 00:09
Quş əti bazarında canlanma: Bəs qiymətlər necədir? - Video
4-07-2016, 12:06
Bayramda rayona getmək istəyənlər üçün 200 ehtiyat avtobus ayrıldı
18-01-2016, 18:10
WhatsApp bu gündən pulsuz olacaq
1-10-2021, 09:52
Goranboyun icra başçısı və Təhsil Şöbəsinin müdiri vətəndaşı İNTİHARA məcbur edir – ŞOK İDDİA
2-05-2018, 18:44
May ayında qurulan ailələr tez DAĞILIR?