Bayramda rayona getmək istəyənlər üçün 200 ehtiyat avtobus ayrıldı
Tarix: 04-07-2016 | Saat: 12:06
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər
Ramazan bayramı ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzal kompleksi gücləndirilmiş iş rejimində çalışacaq.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəsmisi Şəfa Mehmanqızı "APA-Economics"ə bildirib ki, kompleksdə gücləndirilmiş iş rejimi iyulun 4-dən 8-ə kimi tətbiq olunacaq.
1
"Bayram günlərində sıxlıq yaranarsa, rayonlararası xətlərə buraxılması üçün 200 ehtiyat avtobus ayrılıb. Ümumilikdə, bayram günlərində 15 min sərnişinin yola salınması gözlənilir. Bakı Beynəlxalq Avtovağzal kompleksində bütün təhlükəsiz tədbirləri görülüb", - deyə Ş. Mehmanqızı qeyd edib.
Qurum rəsmisi əlavə edib ki, bayram günləri baş verə biləcək bilet çatışmazlığı və süni qiymət artımı ilə bağlı nəzarət gücləndirilib: "Bu cür hallar baş verərsə, sərnişinlər kompleksin 3-cü mərtəbəsində yerləşən ofislərə yaxınlaş və səlahiyyətli şəxslərə şikayətlərini bildirə bilərlər. Bundan başqa, vətəndaşlar Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə də müraciət edə bilərlər, bu şikayətlər araşdırılacaq. Avtovağzal rəhbərliyi tərəfindən də süni qiymət artımına qarşı nəzarət komissiyası təşkil olunub. Bundan əvvəl də süni qiymət artımına yol verən kassa işçiləri vəzifələrindən azad olunub, həm sürücülərlə müqaviləyə xitam verilib".
Neqativ halların baş verməməsi üçün Ş. Mehmanqızı sərnişinlərə biletləri bir neçə gün öncə almağı tövsiyə edib.
Xəbəri paylaş
6998 dəfə oxunub.
Digər xəbərlər

4-07-2015, 11:08
İdman kompleksi uçdu
17-03-2015, 12:28
FİDE rəhbəri Ermənistanın Bakıda turnirlərdə iştirakına çalışır
12-07-2017, 12:04
Dondurmanı evdə özünüz hazırlayın - RESEPT
29-06-2017, 11:17
Bakı metrosunda gənclər öpüşdü - Video
25-03-2017, 13:34
Azərbaycan millisinin hər futbolçusuna 100 min manat veriləcək, amma...
18-09-2016, 16:56
Azərbaycanda evlənmək istəyən 125 nəfərdə QİÇS aşkarlandı
15-01-2022, 21:38
AZƏRİQAZ Şefi Ruslan Əliyevi yalnız QURUMUN QAZANCI DÜŞÜNDÜRÜR?
3-04-2017, 20:50
İngiltərəli futbolçu 3 nəfəri ölümdən qurtardı
20-01-2017, 18:08
"Reina" terrorçusu polislərdən davamlı olaraq eyni sualı soruşur
27-02-2017, 12:40
Hər kəs aktrisanın bu hərəkətini lağa qoydu - foto+video