İlham Əliyev tənqid etdi, XİN işə başladı
Tarix: 14-07-2015 | Saat: 15:06
Bölmə:M / Karusel / Siyasət | çapa göndər
Viza rəsmiləşdirilməsi prosesinə cəlb edilmiş aidiyyəti nazirlik və dövlət qurumlarının iştirakı ilə işçi qrup fəaliyyət göstərir.
“Ölkə başçısının Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda verdiyi tapşırıqların icrası ilə əlaqədar olaraq, Xarici İşlər Nazirliyi tərəfindən viza rəsmiləşdirilməsi prosesinə cəlb olunmuş digər aidiyyəti nazirlik və dövlət qurumları ilə birlikdə “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin viza alt sisteminin təkmilləşdirilməsi, elektron xidmətlərin tətbiqinin genişləndirilməsi və viza sorğularına baxılması müddətinin qısaldılması üçün təkliflər yaxın günlərdə təqdim ediləcək”.
ANS PRESS-in məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. O bildirib ki, prezidentin vizaların verilməsi işinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında 20 noyabr 2014-cü il tarixli 882 nömrəli sərəncamı əsasında viza rəsmiləşdirilməsi prosesinə cəlb edilmiş aidiyyəti nazirlik və dövlət qurumlarının iştirakı ilə işçi qrup fəaliyyət göstərir:
“İşçi qrupunun dörd iclası keçirilib və bununla bağlı müvafiq tədbirlər görülməkdədir. Hal-hazırda diplomatik nümayəndəliklərdə viza sistemi ilə bağlı yeni avadanlıqların quraşdırılması prosesi də həyata keçirilir”, - deyə XİN rəsmisi əlavə edib.
Ötən gün prezident İlham Əliyevin sədrliyi ilə bu gün Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Dövlət başçısı İlham Əliyev iclası giriş nitqi ilə açıb.
Sonra maliyyə naziri Samir Şərifov, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ilin altı ayının yekunlarına dair məruzə ediblər.
Prezident İlham Əliyev iclasda yekun nitqi söyləyib.
Bundan əvvəl prezident İlham Əliyevin sədrliyi ilə bu il aprelin 10-da Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilmişdi.
Xəbəri paylaş
6408 dəfə oxunub.
Digər xəbərlər

23-06-2018, 14:21
Xırdalanda rəzalət: Şəhid məzarlığı dağıdıldı - Video
18-06-2016, 14:35
Formula-1: Bakıda yeni müqavilə imzalandı
19-07-2022, 11:43
Havada toz dumanı həftə sonunadək davam edəcək
27-07-2017, 10:26
ATV-nin sevilən cütlüyü bu dəfə Gürcüstanda - FOTOLAR
12-09-2016, 21:12
Gürcüstanda hava taksiləri fəaliyyətə başlayır
24-09-2020, 09:07
Paytaxtda kütləvi dava, bıçaqlananlar var
19-11-2021, 11:57
Azərbaycanda 16 yaşlı məktəblini kim güllələyib? - RƏSMİ MƏLUMAT
17-03-2019, 11:58
Qobustan qapalı tipli həbsxanasında 2 nəfər azadlığa buraxıldı - FOTO