Xırdalanda rəzalət: Şəhid məzarlığı dağıdıldı - Video
Tarix: 23-06-2018 | Saat: 14:21
Bölmə:Karusel / Gündəm / Hadisə / Bizim seçim | çapa göndər
Xırdalan qəbiristanlığında Əfqan Şəhidliyi dağıdılıb.
"Xəbəraz.az " xəbər verir ki, qəbirlərin dağıdılmasını əks etdirən video sosial şəbəkədə yayılıb. Görüntülərdə Qarabağ müharibəsində bizimlə çiyin-çiyinə döyüşən və şəhid olan əfqanların məzarlarının uçurulduğu, baş və sinə daşlarının sındırıldığı öz əksini tapıb.
Xırdalan qəbiristanlığında “Əfqan şəhidləri xiyabanı” adlanan yerdə dağıdılan şəhid məzarları birinci Qarabağ müharibəsində Əfqanıstandan, xüsusilə Kabul, Qəndəhar, Nanqahar şəhərindən Azərbaycana könüllü olaraq gələn əsgərlərin məzarlarıdır. Sözügedən şəhidlər Füzuli və Ağdam cəbhəsində döyüşüblər.
Qəbiristanlıqda təkcə qəbirlər deyil, pilləkənlər, hasar daşları da dağılıb, şəhidlərə aid olan məzarıq hissə bərbad vəziyyətə düşüb.
Qeyd edək ki, bu şəhidliyin qurulması Azərbaycanın torpaqları uğrunda döyüşən insana – kimliyindən asılı olmayaraq – göstərdiyi sayğının nəticəsidir. Təəssüf ki, bu diqqət və qayğı kimlərinsə vəhşiliyi nəticəsində əks təbliğata çevrilir.
***
Abşeron Rayon İcra Hakimiyyətinin mətbuat katibi Seymur Qasımbəyli Axar.az-a açıqlamasında sözügedən qəbiristanlığın başqa rayonun ərazisinə düşdüyünü deyib:
“Hadisə ilə maraqlanmışam. Məlumatınıza çatdırım ki, sözügedən ərazi Abşeron rayon ərazisinə düşmür. Səhv etmirəmsə, qəbiristanlıq Binəqədi rayon ərazisində yerləşir”.
***
Xırdalan bələdiyyəsinin sədri Eldar Əhmədov isə əfqan şəhidlərinin uyuduğu həmin yeri özünün abadlaşdıracağını bildirib:
“Söz vermişəm ki, oranı abadlıaşdıracam, bir bələdiyyə sədri kimi deyil, insanlıq naminə edəcəyəm bunu”.
Bələdiyyə sədri deyib ki, sözügedən qəbiristanlığın bir hissəsi onların ərazisinə düşür:
“Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində məzarlıqlara nəzarət edən qurum var. Qəbiristanlıqlara onların münayəndəsi nəzarət edir. Məzarlığın bir hissəsinə biz nəzarət edirik. Baxımsızlıqdan xəbər tutmuşuq və oranın da baxımsızlıqdan dağıldığı qənaətindəyik. Bildirirəm ki, tezliklə orada abadlıq işlərinə başlayacağıq”
[video=||https://youtu.be/rWEI9NBkzF8]
Xəbəri paylaş
5968 dəfə oxunub.
Digər xəbərlər

8-10-2018, 11:20
30 kiloqram kökələn Oksana arıqlamağa çalışır - Fotolar
9-06-2017, 20:17
Mikayıl Cabbarovdan "Son zəng"lə bağlı ƏMR
25-12-2017, 10:00
Şimali Koreya sanksiyaları rədd etdi: "ABŞ dəhşətli dərəcədə qorxur"
25-04-2018, 21:11
Avropanın ən çox borcu olan ölkəsi məlum oldu
5-06-2016, 22:19
Rus bombardmançısı Suriyada qəzaya düşdü - Video
28-08-2020, 19:26
Azərbaycanda aparılmış koronavirus testlərinin sayı 900 mini keçib
22-01-2019, 15:42
“Hyundai” üç piyadanı vurdu - biri öldü
25-09-2015, 01:04
Yəməndə bayram namazı zamanı partlayış: 29 nəfər ölüb
15-01-2017, 00:26
Cinsi fəaliyyəti artıran təbii vasitələr