Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
<>

ZehraGulum.butik

Ekskluziv,təravətli güllər və buketlər zövqünüzü oxşayacaq!

Ən münasib qiymət bizdə!

Əlaqə üçün: (WhatsApp) 012 371 80 90/055 379 99 40/077 399 68 89 (İnstagram.com)⬇ ➡@zehragulum.butik
Xalqı üçün dizini yerə qoyan məmur kimdir?
Tarix: 7-09-2018, 17:13 | Saat: 15:47:00
Bölmə:M / Karusel / Siyasət / Həftə-Reytinq | çapa göndər

  

Uşağına çəkmələrini geyindirmək üşün ata dağ boyda vücudu ilə balasının önündə əyilir. Atanın balasının qarşısında əyilməsi  ilə övladının qəlbində özünə qarşı sevgini, əzəməti, güvəni daha da böyüdür. Dövlət də və dövlətin məmurları da övladı qarşısında əyilən valideyin misalı olaraq, xalqı qarşısında əyilməklə ucalır.
Uzun illər Nizami rayon Bələdiyyəsinin sədri   olaraq xalqına  xidmət edən Arif Qasımovun xidmətləri ölkə rəhbərliyinin diqqətindən kənarda qalmadı və Arif Qasımovun yüksək idarəçilik qabiliyyəti, işgüzarlığı nəzərə alınıb, Siyəzən rayonuna İcra Başçısı təyin olundu.
Rayona yeni başçı təyin olunan Arif müəllim insan faktorunu əsas amil sandığı üçün ilk növbədə rayonda şəhid ailələrinin vəziyyəti ilə maraqlanmağı özünə borc hesab etməklə yanaşı, siyəzənlilərin sosial problemlərinin həllinə çalışdı. Ardından Siyəzən səhərində və rayonda apardığı  abadlıq işlərinin, yeni iş yerlərinin açılması, təhsil müəsisələrinin yenidən qurulması, səhiyyəyə göstətilən diqqət, yaşıllıqların salınması rayonun simasına yeni imic gətirdi. Siyəzən rayonunda başçı vəzifəsini icra etdiyi dövrdə Arif Qasımov yalnız özü deyil, bütövlükdə  tabeliyində olan işçilərinə tapşırığı  siyəzənlilərin hərtərəfli dərdlərinə şərik olmağı bacarmaq olub. Yazı qələmə alınmazdan öncə siyəzənlilər arasında apardığımız kiçik bir rəy sorğusu zamanı Arif müəllimdən ağız dolusu təriflər eşitdik. Hətta onu da söylədilər ki, qəbuluna gəlmiş yaşlı,əlil, şəhid ailələrini yaşadıqları ünvana çatdırmaq üçün öz xidməti avtomobilini belə əsirgəmirdi. Siyəzən əhalisinə şərəflə və qayğı ilə göstərdiyi xidmətin təzahürü olaraq Arif Qasımovun xidmətləri Prezidentin diqqətindən kənarda qalmadı.
Xalqın rəğbətini qazanmış Arif Qasımovun ölkənin paytaxtında daha əhəmiyyətli xidmətlər göstərəcəyinə əmin olan İlham Əliyev cənabları nəhayət 2015-ci ilin sentyabr ayında Arif müəllimi Bakı şəhər Nizami rayonuna İcra Başçısı təyin olunması ilə bağlı Sərəncam imzaladı.
Bir vaxtlar bələdiyyə sədiri işlədiyi doğma Nizami rayonuna yenidən başçı olaraq geri qayıtmaq Arif müəllimin məsuliyyətini birə beş artırdı. Hər zamankı kimi ilk olaraq başçılıq etdiyi rayonda şəhid və qazi ailələrinin qayğılarını gündəmə gətirməklə, iş fəaliyyətinə başlayan Arif müəllimin bu gün də o məsələni diqqətində saxlayır. Digər tərəfdən  Bakının iri sənaye rayonu hesab edilən Nizami rayonunun sosial qayğılarıə əhalinin tələbləri, işinin ciddiyyətini daha da artırır.
Arif müəllim başçılıq etdiyi Nizami rayonu sənaye rayonu olmaqla yanaşı, eyni zamanda şəhər əhalisinin daha sıx yaşadığı yerdir. Eləcə də hər zaman hər mövzuda aktuallığını qoruyan 8-ci kilometr adlandırılan eyni adlı bazar Bakı əhalisinin geniş üz tutduğu məkanlardandır desək daha doğru olar. Bununla yanaşı yaranan problemlər də az narahatçılıq doğurmayan hallardan sayıla bilməz. Elə bu narahatçılıqları həll etmək Arif müəllimin vacib  vəzifələrindən biri oldu. Əhalinin rahatlığı üçün 8-ci kilometr bazarının qarşısında yeraltı keçidin inşa edilməsi Arif müəllimin idarəçilik peşəkarlığını ortaya qoyur. Digər bir tərəfdən mənzil şəraitləri bərbad olan şəhid ailələrinin mənzillərinin təmənnasız yenidənqurulması xalqının şəhid oğullarına olan sevgisi və özünə bildiyi borcdur.
Rəhbərlik etdiyi Nizami rayonunun ərazisində yaşayan vətandaşların problemlərinin həllini yerində araşdırmaq məqsədilə vətəndaşlardan hər ay dönə-dönə  səyyari görüşlər keçirməsi artıq Arif Qasımovun təkrar olunmaz iş prinsipinə çevrilib.  Vətəndaşlarla keçirdiyi görüşlərdə istər səhiyyə,istər təhsil, istər maddi yardım, istər mənzil problemləri, istər komunal məsələlər və.s olsun əlindən gələn köməkliklərlə əhalini razı salmağa çalışan Arif müəllim əhalinin sevimlisinə çevrilib. Bəlkə də son cümləni mübaliğə hesab edə bilərsiniz. Lakin Arif müəllim haqqında bir faktı söyləmək olduqca yerinə düşər deyə söyləyirik.
-Nizami rayon İcra Hakimiyyətində hər zaman olduğu kimi əhali Arif Qasımovun qəbuluna növbə gözləyirdi. Növbədə gözləyən vətəndaşlardan biri söhbət əsnasında Siyəzən rayonundan gəldiyini söylədi və ardından onu da söylədi ki, Arif müəllim Siyəzən rayonunda başçı olduğu vaxtlar onların heç bir istəkləri cavabsız qalmayıb. Vətəndaşa sual verdik, bəs indi Arif müəllim Nizami rayonunda vəzifəsini icra edir, sizə necə kömək edə bilər? Cavabı çox sadə oldu. “Əgər Arif müəllimin kömək edəcəyinə əmin olmasaydım bu qədər yolu Siyəzəndən Bakıya gəlməzdim. Arif müəllim elə bir insandır ki, ona ağız açanı geri çevirmir”
Düzü vətəndaşın məmura bu qədər inamı olduqca fərəhverici halddır. Son zamanlar ölkə rəhbərliyinin etimad göstərib, xalqa xidmət üçün kürsüyə əyləşdirdiyi bəzi məmurların əməllərinin neqativ mənzərəsi fonunda Arif Qasımova qarşı olan vətəndaş sevgisi təqdirəlaiq haldır.
Biz məqaləmizin başlığında övladının rahatlığını təmin etmək üşün qarşısında əyilən ata obrazında, Arif müəllimi  xalqının rahatlığı üçün xalqına xidmətə əyilən oğullar sırasında görürük. Sonda isə “Xəbəraz.az” informasiya agentliyi olaraq Arif müəllimə xalq üçün dizini büküb əyilən başının xalqı qarşısında daima uca olmasını diləyirik.
Tərifə Şükürqızı    шаблоны для dle 11.2

6288 dəfə oxunub.
<>
Ömərov Toğrul İsgəndər oğlu. Uşaq Cərrahı PhD. Qəbula yazılmaq +994506729224. Usaqcerrahi.az
Əlaqə üçün: (WhatsApp) +994506729224 (İnstagram.com)⬇ ➡@rtogrulomarov_ushaq_cerrahi

Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}
bütün xəbərlər
____ Instagram ___