Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Tərtərin icra başçısı əsgərlərlə bir yerdə - Fotolar
Tarix: 07-11-2015 | Saat: 13:19
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Tərtərin icra başçısı əsgərlərlə bir yerdə - Fotolar


Noyabrın 7-də Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndələri Tərtər Rayon İcra Hakimiyyətinin nümayəndələri ilə birgə Tərtər rayonunun ərazisində yerləşən N saylı hərbi hissədə olublar

Qonaqlar əvvəlcə ön xətdə xidmət edən əsgər və zabitlərimizin vəziyyəti, yataq, yemək şəraitləri ilə tanış olmuş, işğal altındakı ərazilərimizi və düşmən mövqelərini müşahidə ediblər.

Xəbəraz.az xəbər verir ki, hər iki rayonun icra hakimiyyətinin başçıları Asif Əsgərov və Müstəqim Məmmədov düşmənlə ön cəbhədə üz-üzə dayanan zabit və əsgər heyətini “9 noyabr-Dövlət Bayrağı günü” münasibətilə təbrik edərək çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulayıb, onlarla qürur duyduqlarını bildiriblər.

Azərbaycan ordusunun günü-gündən gücləndiyini və ali baş komandan İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində işğal altındakı torpaqlarımızın tezliklə azad olunacağını əminliklə ifadə ediblər. Bayram münasibəti ilə hərbçilərə bayram sovqatları və hədiyyələr paylanmış, rayon rəhbərləri əsgərlərlə birgə nahar süfrəsi arxasında əyləşiblər. Sonra tanınmış mədəniyyət və incəsənət ustalarının iştirakı ilə maraqlı konsert proqramı olubdur.
Tərtərin icra başçısı əsgərlərlə bir yerdə - Fotolar
Tərtərin icra başçısı əsgərlərlə bir yerdə - Fotolar
Tərtərin icra başçısı əsgərlərlə bir yerdə - Fotolar


Xəbəri paylaş

5308 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___