İlham Əliyev Türkdilli Dövlətlərin VI Sammitində iştirak edir - Fotolar
Tarix: 03-09-2018 | Saat: 11:00
Bölmə:M / Karusel / Gündəm / Foto-fakt | çapa göndər
Sentyabrın 3-də Qırğız Respublikasının Çolpon-Ata şəhərindəki Çingiz Aytmatov adına "Rux Ordo” Mədəniyyət Mərkəzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Sammiti işə başlayıb.
Xeberaz.az xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev Sammitdə iştirak edir.
Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov Sammitdə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevi, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı, Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovu, Macarıstanın Baş naziri Viktor Orbanı qarşıladı.
Dövlət və hökumət başçıları Çingiz Aytmatov adına "Rux Ordo” Mədəniyyət Mərkəzinin ərazisini gəzdilər, burada açıq havada nümayiş etdirilən, qırğız xalqının görkəmli şəxsiyyətlərinin abidələrinə, eləcə də bu ölkənin tarixini, mədəniyyətini əks etdirən abidələrə baxdılar.
Sonra birgə foto çəkdirilib.
Sammitin açılışında çıxış edən TDƏŞ-in hazırkı sədri, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tədbirin yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Qırğız Respublikasının Prezidentinə minnətdarlığını bildirdi. Prezident Nursultan Nazarbayev dedi ki, VI Sammitdə Özbəkistan və Macarıstanın da iştirak etməsi təşkilatın fəaliyyətinin genişlənməsinin və həmrəyliyin gücləndirilməsinin göstəricisidir. Türk Şurasının fəaliyyətinin güclənməsi ortaya çıxan hədəflərə nail olunmasına mühüm töhfə verəcək.
Sonra Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov, Azərbaycan Prezidenti İlham Əliyev və digər dövlət və hökumət başçıları çıxış edbilər.
Sammit işini davam etdirir.
Xəbəri paylaş
5498 dəfə oxunub.
Digər xəbərlər

10-08-2015, 15:14
14 nəfərin adına kredit götürən şəxs tutuldu
24-12-2018, 19:17
Sunami dəhşəti: 334 ölü, 860 yaralı
17-05-2017, 10:04
Bakıda yaşayış binasında yanğın olub, 3 nəfər xilas edilib, 35 nəfər təxliyə olunub
17-07-2017, 10:38
Xəzərdə kilkə balıqlarının ehtiyatı 10 dəfə azalıb
9-05-2019, 10:35
Bakıda DƏHŞƏT: Sürücü avtomobili piyadalara çırpdı - ÖLƏN VAR
13-10-2015, 20:05
Bakıda ağır qəza: 5 tələbə vuruldu
14-01-2017, 14:05
İlhamə Quliyeva ölümündən bir neçə gün əvvəl qəribə addım atıb - FOTO
20-11-2018, 20:44
Nazir: 38 min vətəndaşın pensiyası 48 faiz artacaq
11-04-2015, 19:11
Narkotik görün insanı nə hala salır
16-09-2016, 15:09
Azərbaycanda iki bacının faciəsi - biri öldü, digəri komadadır - FOTO