Ali Məhkəmədə İlqar Məmmədovun barəsindəki qərarlar ləğv edilib
Tarix: 02-07-2018 | Saat: 12:02
Bölmə:M / Karusel / Siyasət / Aktual | çapa göndər
Ali Məhkəmənin Plenum iclasında REAL Hərəkatının həbsdə olan sədri İlqar Məmmədovun şikayətinə baxılıb.
"Xəbəraz.az "-ın məlumatına görə, bu barədə onun vəkili Fuad Ağayev özünün feysbuk səhifəsində məlumat verib.
Onun sözlərinə görə, İ.Məmmədovun barəsində kassasiya və apellyasiya instansiyaları məhkəmələrinin qərarları ləğv edilib.
Ali Məhkəmənin Plenumunun bu qərarını Fuad Ağayev Lent.az-a açıqlamasında belə izah edib: "Ali Məhkəmənin Plenumu İlqar Məmmədovun barəsində Ali Məhkəmənin cinayət kollegiyasının və Şəki Apellyasiya Məhkəməsinin qərarlarını ləğv etməklə məsələni bir daha hüquqi müstəviyə çıxarıb. İş yenidən Şəki Apellyasiya Məhkəməsinə qaytarılıb. Bir daha İ.Məmmədov barəsində məhkəmə prosesi olacaq".
Qeyd edək ki, İ.Məmmədov və T.Yaqublu 2013-cü il yanvar ayının 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunublar. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Məmmədov 7 il, T.Yaqublu isə 5 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti ilə Şəki Apellyasiya Məhkəməsinə müraciət ediblər. Məhkəmə onların apellyasiya şikayətlərini təmin etməyib. Bundan sonra İ.Məmmədov və T.Yaqublu kassasiya şikayəti veriblər. Ali Məhkəmə kassasiya şikayətinə baxaraq işi təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərib. Şəki Apellyasiya Məhkəməsi yenidən birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. İ.Məmmədov həmin qərardan kassasiya şikayəti verib.
Xəbəri paylaş
6778 dəfə oxunub.
Digər xəbərlər

16-08-2015, 14:37
Atəşkəs yenidən pozulub- 143 dəfə
27-07-2015, 13:06
Kəlbəcərdən ən son görüntülər - VİDEO
17-04-2016, 16:42
İlham Əliyev Türkiye Ali Mehkemesinin sedrini qebul edib
3-02-2021, 19:01
Ruhanidən Baydenə çağırış - yenidən baxın...
9-07-2017, 10:52
"Mənimlə evləndiyi üçün bəxti gətirən Tarkandır"
1-07-2015, 17:13
Qazlı içkilər hər il 184 min insanın ölümünə səbəb olur
16-01-2017, 12:13
Məcburi köçkünlər üçün güzəşt limiti ləğv olundu - Pul veriləcək
6-11-2016, 12:58
Rusiyada partlayış: 5 ölü
4-07-2017, 16:58
"Bıçaq soxdum, bağırsaqlarım yerə töküldü, özümü zəhərlədim, ölmədim" - 40 illik arvadını öldürən şəxs - VİDEO - FOTO
8-08-2018, 18:16
Prezident İlham Əliyev Bakıda avtobus parkının yenilənməsi haqqında sərəncam imzalayıb