Müdafiə sənayesi naziri Yavər Camalov dəfn edilib - FOTOLAR
Tarix: 24-06-2018 | Saat: 13:26
Bölmə:M / Karusel / Hadisə / Foto-fakt / Fotogalereya / Məşhurların Taleyi | çapa göndər
Dünən vəfat edən müdafiə sənayesi naziri Yavər Camalov dəfn edilib.
"Xəbəraz.az "-ın məlumatına görə, dəfn mərasimi Y. Camalovun Bakıda yaşadığı evdə keçirilib.
Mərasimdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Y. Camalov Şüvəlan qəsəbə qəbiristanlığında, keçən il vəfat edən 44 yaşlı oğlu Rövşən Camalovun yanında dəfn olunub.
Qeyd edək ki, 69 yaşlı Y. Camalov uzun müddət ağır xəstəlikdən əziyyət çəkib və müalicə alıb. Bu günlərdə Parisdə keçirilən "EUROSATORY-2018” beynəlxalq müdafiə və təhlükəsizlik sərgisində iştirak etmiş Y. Camalovun dünən günorta saatlarında Bakıda evində səhhəti qəfil pisləşib və dünyasını dəyişib.
Y. Camalov 17 oktyabr 1949-cu ildə Sabirabad rayonunun Çölbeşdəli kəndində anadan olub, 1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirib. 1972 - ci ildə “Siyəzənneft” Neftqazçıxarma idarəsinin operatoru, 1972 – 1989- cu illərdə “Şirvanneft” Neftqazçıxarma idarəsində operator, mühəndis, böyük mühəndis, növbə rəisi, rayon mühəndis-texnoloji xidməti rəisinin müavini, baş mühəndis – sex rəisinin müavini, NQÇİ-nin baş mühəndisi, 1989 – 1995 - ci illərdə “Şirvanneft” Neftqazçıxarma idarəsinin rəisi, 1995 – 2003 - cü illərdə Quruda Neftqazçıxarma İstehsalat Birliyinin baş direktoru, 2003 – 2006 - cı illərdə “Azneft” İstehsalat Birliyinin baş direktoru vəzifələrində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 18 mart 2006 - cı il tarixli Sərəncamı ilə müdafiə sənayesi naziri təyin edilib və ötən dövr ərzində 3 dəfə yenidən bu vəzifəyə təyin olunub.
Y. Camalov 16 oktyabr 2009-cu ildə İlham Əliyevin sərəncamına əsasən ölkənin iqtisadi inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.
Xəbəri paylaş
8708 dəfə oxunub.
Digər xəbərlər

20-05-2016, 14:03
Çinlinin canavara yem olduğu kənddən - Reportaj
10-10-2017, 15:05
Tanınmış müğənni "Maşın şou"dan uzaqlaşdırıldı: "Sən kişi deyilsən"
22-12-2015, 18:21
İlham Əliyev Türkiyə parlamentinin sədrini qəbul etdi – FOTO
8-04-2017, 17:05
Budo Döyüş Növləri üzrə Açıq Qafqaz Çempionatı keçiriləcək
17-01-2022, 15:00
Gənclərin cinsi istəyi zəifləyib, ona görə evlənmirlər - Rəşid Mahmudov
28-12-2019, 16:25
Azyaşlılara siqaret satanlarla bağlı tədbir görüldü
7-01-2020, 16:49
Daha bir vəzifəli şəxs işdən çıxarıldı - SƏRƏNCAM
18-08-2018, 13:05
Sumqayıtda insanlığa yaraşmayan hərəkət törədilib