Bakıdakı şadlıq evlərində yoxlamalar başladı - Yeni nazirdən ilk addım
Tarix: 11-05-2018 | Saat: 11:55
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
İctimai iaşə obyektlərinin fəaliyyəti zamani tüstünün, qazların iyi və qoxu yayılması atmosfer havasını zərərli maddələrin təsirinə məruz qoyur.Bu barədə bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən həftəlik mətbuat konfransında nazirliyin ətraf mühit üzrə milli monitorinq departamentinin müdiri Mətanət Avazova bildirib.
Onun sözlərinə görə, bununla bağlı vətəndaşlardan nazirliyə xeyli müraciətlər daxil olub. Buna görə də nazirlikdə araşdırma komissiyası fəaliyyətə başlayıb: "Bizim istehsal sahələrimiz artıb, kiçik sahibkarlıq inkişaf edib və ətraf mühitə təsirlər çoxalıb. Buna görə də monitorinqlərə ehtiyac var. Biz tam müasir avadanlıqlarla atmosfer çirklənməsini yoxlayırıq və xeyli sayda müraciətə görə monitorinq aparmışıq".
M. Avazova deyib ki, komissiya tərəfindən Bakının inzibati rayonlarında yerləşən şadlıq evlərinin və digər ictimai iaşə obyektlərində monitorinqlər aparılıb. Zərərli qazların ölçülməsi məqsədilə hava nümunələri götürülüb. Aparılan fiziki, kimyəvi analizlərin nəticələrinə əsasən atmosferə atılan zərərli qaz birləşmələrinin miqdarı yol verilən qatılıq həddindən dəfələrlə artıqdır: "Bu da insanlarda diskomfort yaradır və sağlamlığa zərərdir".
İctimai iaşə obyektlərində müasir standartlara cavab verən qurğu və avadanlıqların quraşdırılması, atmosferə atılan tullantıların azaldılması məqsədilə ETSN-dən yerli icra hakimiyyətlərinə və ictimai-iaşə obyektlərinin sahiblərinə müvafiq məktublar göndərilib.
Xəbəri paylaş
1 1068 dəfə oxunub.
Digər xəbərlər

26-04-2016, 00:40
18 yaşlı futbolçu üçün 60 milyon
27-06-2015, 23:25
Aktrisa qəza törətdi- 1 polis öldü + Fotolar
22-04-2016, 00:34
Rusiyanın azərbaycanlı gəlini - Ən varlı məmur xanımı arasında
29-03-2022, 17:26
Şəmkirdəki güclü partlayış səsləri nə ilə bağlıdır? - YENİLƏNİB
6-06-2017, 13:49
İcra başçısının qardaşı qəzada həlak oldu
5-05-2022, 10:43
Hindistanda inəyi kəsən şəxslər döyülərək ÖLDÜRÜLDÜ
5-06-2017, 12:04
Tanınmış aktrisa Pərvin Abıyevanı BİABIR etdi: “Qardaş" deyə-deyə 1000 manata…” — QALMAQAL
13-10-2015, 17:29
“Yeni doğulan buzov üçün 100 manat verilir, uşaq üçün isə 75”
30-09-2015, 23:25
Bakıda yol nişanları və işıqforların görünməsi asanlaşacaq
5-04-2017, 21:18
İslamiadanın Xəzərdən başlayan su səyahətinə start verilib