Bakıda yol nişanları və işıqforların görünməsi asanlaşacaq
Tarix: 30-09-2015 | Saat: 23:25
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Bakıda sürücülərin yol nişanlarını, işıqforları görməsi, eləcə də yollardakı müşahidə kameralarının ətrafı izləməsi asanlaşacaq
Belə ki, artıq yol nişanları və işıqforların görünməsinə, həmçinin müşahidə kameralarının işinə əngəl yaradan maneələr aradan qaldırılır.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
Bölmə rəisinin sözlərinə görə, bu məqsədlə paytaxtda yol kənarlarında yüzlərlə ağacın budanması işləri aparılıb: "Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təşkili şöbəsi əməkdaşlarının paytaxt ərazisində keçirdiyi reydlər zamanı bəzi yerlərdə ağacların budaqlarının yol nişanlarının, işıqforların görünməsinə, eləcə də müşahidə kameraları və digər texniki vasitələrin işinin effektivliyinə mane olduğu aşkar edilib. Bununla əlaqədar İdarənin rəhbərliyi tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edilib. Müraciətdən sonra nazirliyin Dövlət Ekspertiza İdarəsi müvafiq rəy verib. Həmin rəyin əsasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları və Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin işçiləri ilə birgə tədbirləri nəticəsində şəhərdə yüzlərlə ağac budanıb. Bununla da yol kənarlarında yol nişanlarının və işıqforların rahat görünməsi, eləcə də müşahidə kameraları və digər texniki vasitələrin işinin effektivliyi təmin edilib. Artıq işlər sona çatmaq üzrədir".
Xəbəri paylaş
6758 dəfə oxunub.
Digər xəbərlər

15-06-2017, 16:28
“Star Kids Group” şirkəti xeyriyyə tədbiri keçirtdi-FOTOLAR
9-02-2020, 08:01
Gəncədə avtomobil maneəyə çırpıldı - Xəsarət alan var
11-01-2016, 17:14
Azərbaycana külli miqdarda siqarat keçirən şəxslər saxlanıldı
29-08-2018, 13:06
Faiq Ağayev: "Heç vaxt qaşımı almamışam"
15-10-2017, 20:12
Bircə günə qripdən qurtulun – 3 ŞƏFALI İÇKİ
2-07-2015, 16:46
Bakıda avtobus qəzası -yaralılar var
29-08-2018, 15:07
"9 yaşım olanda atam gözümün qarşısında əxlaqsızlıq etdi" - "Apple"ın qurucusunun qızından təəccübləndirən etiraflar - FOTO
12-04-2018, 21:19
Cavid Qurbanov gənc yazara ev bağışlayıb?-AÇIQLAMA