İş adamının şəhid qızını vuran oğluna hökm oxundu
Tarix: 03-05-2018 | Saat: 19:47
Bölmə:M / Karusel / Gündəm / Hadisə | çapa göndər
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Rəhim Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Xəbəraz.Az-ın apa-ya istinadən xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə R. Rəhimov son söz deyib.
O, avtomobili yüksək sürətlə idarə etmədiyini, yalnız sürücülük vəsiqəsi olmadan avtomobili idarə etdiyi üçün özünü təqsirli bildiyini deyib: "Mən buna görə çox peşmanam. Ancaq hadisə yerindən qaçmamışam, hadisə baş verəndən sonra təcili tibbi yardım avtomobili çağırmışam".
Məhkəmə hökmü elan etmək üçün müşavirəyə gedib.
Müşavirədən sonra hökm oxunub.
Hökmə əsasən, R. Rəhimov 5 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə qərar qəbul edərkən, zərərçəkmiş şəxsin hüquqi varisi ilə təqsirləndirilən şəxs arasında barışıq olduğunu nəzərə alıb.
Məhkəmə R. Rəhimovun hadisə yerindən qaçmadığı qənaətinə gəlib və ona qarşı Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə verilən ittiham xaric edilib.
Qeyd edək ki, hadisə ötən il noyabrın 8-də paytaxtın Səbail rayonu ərazisində baş verib. Şəhid Elton Əkbərovun qızı Könül Əkbərova "Jeep Grand Cherokee” markalı avtomobillə vurularaq öldürülüb. 1975-ci il təvəllüdlü K. Əkbərovanı "Jeep Grand Cherokee” markalı, ağ rəngli, 90 FO 007 nömrə nişanlı avtomobillə vuran 17 yaşlı Rəhim Rəhimli olması müəyyən edilib və o, həbs olunub.
Xəbəri paylaş
1 0338 dəfə oxunub.
Digər xəbərlər

24-03-2015, 17:57
Azərbaycan yığması əsas qapıçısını itirdi
7-01-2016, 13:54
Bakıda saxta 100 dolları manata dəyişmək istədilər
19-04-2016, 12:31
“Atışma səsləri eşidir, oyananda deyir üstümdə qan var” - Əsgər anası
8-06-2016, 15:21
Şəhid ailələrinə ev verildi - Foto
29-06-2023, 10:23
“Qurban olan yerdə bayram necə ola bilər?” - Nura Suri Qurban bayramından gileyləndi
2-04-2019, 07:38
Fidan Abbasovadan iddialı fotosessiya
25-02-2017, 12:32
Azərbaycanda yaz havası: 21 DƏRƏCƏ İSTİ OLACAQ
9-01-2017, 20:43
Biri 15 manata... limon! - FOTO
20-08-2020, 11:03
Gizli şəkildə xınayaxdı mərasimi keçirənlər saxlanıldı - FOTO
18-03-2023, 12:26
57 yaşlı Xalq artistini görənlər gözlərinə inana bilmədilər - FOTO