Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Gizli şəkildə xınayaxdı mərasimi keçirənlər saxlanıldı - FOTO
Tarix: 20-08-2020 | Saat: 11:03
Bölmə:Bütün xəbərlər / M / Karusel / İqtisadiyyat / Gündəm / Hadisə | çapa göndər

Gizli şəkildə xınayaxdı mərasimi keçirənlər saxlanıldı- FOTO

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində polis əməkdaşları tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan  verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinə rayonun Şahağacı kəndində yaşayan İ.Nuriyevin karantin rejiminin qaydalarını pozaraq gizli şəkildə qızına “xınayaxdı” mərasimi keçirməsi barədə məlumat daxil olub. Polis əməkdaşları dərhal sözügedən ünvana gəliblər və 40 nəfərlik məclisin keçirilməsinin qarşısı alınıb. Həmin şəxslərlə profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub. Məclisdə iştirak edən bir neçə nəfər şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar. Məclisin təşkilatçısı olan İ.Nuriyev və onun qudası Lənkəran sakini M.Allahverdiyev barəsində toplanmış materiallar baxılması üçün Rayon Məhkəməsinə göndərilib.
Gizli şəkildə xınayaxdı mərasimi keçirənlər saxlanıldı- FOTO


Xəbəri paylaş

1 8438 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___