Bayılda sürüşmə: 4 ev dağılıb – FOTO
Tarix: 10-02-2018 | Saat: 18:50
Bölmə:M / Karusel / Gündəm / Hadisə / Foto-fakt | çapa göndər
Xəbəraz.Az apa-ya istinadən xəbər verir ki, bunu Səbail rayon İcra Hakimiyyəti başçısının müavini, Fövqəladə hallar komissiyasının sədri Abid Əliyev deyib.
O bildirib ki, dağıntılar yola tökülüb: “Hadisə nəticəsində xəsarət alan yoxdur. Çünki 15 gün əvvəl bütün evlər boşladılmışdı. Ərazidə yaşayış yoxdur. Bura təhlükəli ərazi kimi müəyyənləşdirilib və sürüşmə aktivləşən gündən ərazinin sakinləri köçürülüb, qaz, işıq, su verilməsi dayandırılıb”.
A.Əliyev deyib ki, yağış yağan günlərdə həmin ərazidə mütəxəssislər tərəfindən tədqiqatlar aparılırdı: “Bu proses daimi nəzarətdədir. Yağışlar yağdıqdan sonra ərazidə təhlükə artıb, artıq sürüşmə aktivləşib. Proses davam edir. FHN əməkdaşları, seysmoloqlar, aidiyyatı mütəxəssislər ərazidə işləyir, məsələni aydınlaşdırır.
Gündüzlər sakinlər evlərinə gəlib baxırlar. Gecələr ümumiyyətlə, yaşamağa icazə verilmir. Polis əməkdaşları tərəfindən bu ərazi nəzarətə götürülüb. 90-a yaxın ailəni siyahıya almışıq. Siyahı Nazirlər Kabinetinə təqdim olunub. Qərar qəbul olunsa ki, burda yaşamaq təhlükəlidir, evlərinə qayıda bilməzlər, o halda onlara yaşamaq üçün dövlət tərəfindən kirayə haqqının ödənilməsi məsələsi qaldırılacaq”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya bildirib ki, Bayıl yamacında sürüşmə sahəsi aktiv fazadadır.
Onun sözlərinə görə, hazırda əraziyə baxış keçirilir: “Çatlarda dərinləşmə 5-6 metrə çatıb”.
Xəbəri paylaş
7318 dəfə oxunub.
Digər xəbərlər

21-03-2015, 15:22
Qadınların xoşlanmadığı 5 əsas tip Çoox maraqlıdır
8-06-2018, 14:43
Çiyələk sevgi giləmeyvəsidir
31-05-2016, 17:49
Sürücü DYP meydançasındakı maşınları yandırdı - Rəsmi
29-01-2020, 11:55
Azərbaycanlı məmurlar kralın istifadə etdiyi yataq mebelləri alır - FOTO
1-11-2016, 16:33
Ardadan “üşüyürük” deyən hərbçilərə jest - Foto
27-07-2017, 15:07
"Xoşbəxtəm ki, namuslu xanımım var" -Kərim+foto
7-08-2020, 22:18
"Tik Tok"da məşhurlaşmaq üçün qonşusunu öldürdü
22-07-2015, 11:30
Manatın bu günə olan məzənnəsi – CƏDVƏL
21-08-2020, 08:14
"Qrip mövsümünə hazır olun" - ÜST-dən xəbərdarlıq