Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
ZÖVQLÜ və DƏBLƏ geyinən BƏYLƏR ÜÇÜN Azərbaycanın ən Dəbli Geyim və Ayaqqabılarını Satan Online Satış Portalıyıq. Çatdırılma Gün Ərzində Sizə Münasib Vaxtlarda.. . Ölkə Xariçi Göndəriş Yalnız Bizdə. . Bütün Bölgələrə Çatdirilma 1 Günə. .
Əlaqə üçün: (055)-291-37-73 (WhatsApp) ➡@kisi_ayaqqabilari_baku
Azərbaycanda əhalinin qazla təchiz edilməsi 93 %-ə çatdırılıb
Tarix: 6-02-2018, 11:37 | Saat: 15:47:00
Bölmə:M / Karusel / İqtisadiyyat / Gündəm | çapa göndər


“Azəriqaz” İstehsalat Birliyində ölkə başçısının qazlaşdırılma ilə bağlı verdiyi tapşırıqların icrası məqsədilə qarşıda duran vəzifələrə həsr olunmuş geniş müşavirə keçirilib.
Qurumun mətbuat xidmətindən verilən məlumata görə, SOCAR rəhbərliyinin iştirakı ilə keçirilən müşavirədə “Azəriqaz” İB tərəfindən indiyədək görülmüş işlərə nəzər yetirilib, prioritet istiqamətlər  müəyyənləşdirilmiş, qurumun fəaliyyəti ətraflı təhlil edilib.
Müşavirədə çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, “Azərbaycan dövləti və yüz faizli dövlət şirkəti olan SOCAR ölkə əhalisinin qaz təminatını, yerli istehlakçıların tələbatını mütləq prioritet hesab edir:

“Odur ki, “Azəriqaz”ın məsuliyyət yükü bu məsələdə hamıdan çoxdur. Son illər respublikanın qaz təsərrüfatının, qazpaylayıcı şəbəkənin  inkişafı istiqamətində ciddi tədbirlər görülsə də, aparılan işlərin effektivliyi bu gün bir daha təhlil edilməli, müştəri məmnunluğuna tam nail olunmalıdır.”
Müşavirədə qeyd olunub ki, respublika ərazisində qazlaşdırma sahəsində aparılan geniş miqyaslı işlər nəticəsində ölkəmizdə əhalinin qazla təchiz edilməsi 93%-ə çatdırılıb:


“Bir çox xarici ölkələrdə qazlaşdırma kommersiya əsasında keçirilir və onun xərcləri istehlakçıların üzərinə düşür. Lakin Azərbaycanın dövlət başçısının iradəsi ilə qazlaşdırma xərcləri dövlət vəsaiti hesabına həyata keçirilir. Bu mənada qaz təchizatı ölkəmizdə sosial öhdəliklərdən biridir”.
Rövnəq Abdullayev çıxışında “Azəriqaz” İstehsalat Birliyinin dövlətin tapşırıqları və ona ayrılan vəsaitlərin müqabilində nəzərdə tutulan işləri maksimum mümkün səmərə ilə yerinə yetirməli olduğunu bildirib. 

Ölkə başçısının Dövlət Neft Şirkətinə bu il üçün 100 milyon manat vəsait ayıraraq, qazlaşdırma səviyyəsinin 93 faizdən 95 faizə çatdırılması haqqında verdiyi tapşırığın vaxtında və yüksək keyfiyyətlə icra olunması cari ilin ən əsas fəaliyyət istiqaməti kimi müəyyənləşdirilib. Abşeron yarımadasında qaz infrastrukturunun köhnəlməsi ilə əlaqdar yaranan qaz itkilərinin azaldılması istiqamətində “Azəriqaz” tərəfindən radikal addımların atılmasının zərurəti qeyd olunmuş, cari ildə itki səviyyəsinin 7,9%-a qədər endirilməsi başlıca hədəf kimi vurğulanıb.
 
 “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Əkbər Hacıyev qeyd edib ki, 2010-2017-ci illərdə Azərbaycan Respublikası ərazisində yaşayış məntəqələrinin geniş miqyaslı yeni qazlaşdırılma tədbirləri nəticəsində respublikanın 1416 yaşayış məntəqəsi təbii qazla təmin edilib. O  bildirib ki, 2009-cu ilin iyul ayına qədər mövcud qaz şəbəkəsinin uzunluğu 10536 km təşkil edirdisə, Birliyin fəaliyyət göstərdiyi 8 ilə yaxın vaxt ərzində isə 48558 km yeni qaz kəmərləri çəkilib, 9101 km müxtəlif diametrli qaz xətləri yenidən qurulub, 29 ədəd qazpaylayıcı stansiya və qaztənzimləyici məntəqə quraşdırılıb.
Azərbaycan Prezidentinin vətəndaşların sosial rifahının yaxşılaşdırılması və işsizliyin aradan qaldırılması üzrə müvafiq tapşırıq və tövsiyyələrinə uyğun olaraq bü günə qədər “Azəriqaz” İstehsalat Birliyi tərəfindən xidməti müqavilə əsasında 7 minə yaxın vətəndaş işlə təmin olunub. Hazırda “Azəriqaz” tərəfindən kadr strukturları və ümumi idarəetmə sahəsində aparılan islahatlar bundan sonra təmir-bərpa işlərinin daha sürətli və effektli keçirilməsini proqnozlaşdırmağa əsas verir. Ə. Hacıyev ASAN Kommunal mərkəzinin “Azəriqaz”la əməkdaşlığı barədə məlumat verərək, qeyd edib ki, bu əməkdaşlıq kommunal xidmət səviyyəsi və müştəri məmnunluğunun əhəmiyyətli dərəcədə artması üçün münbit zəmin yaradır.

1988 dəfə oxunub.
ZÖVQLÜ və DƏBLƏ geyinən BƏYLƏR ÜÇÜN Azərbaycanın ən Dəbli Geyim və Ayaqqabılarını Satan Online Satış Portalıyıq. Çatdırılma Gün Ərzində Sizə Münasib Vaxtlarda.. . Ölkə Xariçi Göndəriş Yalnız Bizdə. . Bütün Bölgələrə Çatdirilma 1 Günə. .
Əlaqə üçün: (055)-291-37-73 (WhatsApp) ➡@kisi_ayaqqabilari_baku

Bölməyə aid digər xəbərlər
4-03-2018, 17:22 Sabah hava necə olacaq?

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:
47-20+5=
Cavabınız:*
 

Anket

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
bütün xəbərlər
«    May 2018    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
____ Instagram ___