Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Tiflisi leysan yox, Saakaşvili batırdı (FOTO)
Tarix: 15-06-2015 | Saat: 18:57
Bölmə:M / Karusel / Dünya / M2 / Foto-fakt | çapa göndər

Tiflisi leysan yox, Saakaşvili batırdı (FOTO)
"Tiflisdəki zoopark başqa yerdə tikilməlidir. Çünki indiki zoopark günah üzərində inşa edilib".
Tiflis daşqınında günahkar leysan və Mixail Saakaşvilidir. ANS PRESS-in məlumatına görə, Gürcüstanda bir çox mütəxəssislər belə qənaətə gəliblər.

Onların fikrincə, faciənin baş verməsinə səbəb Mixail Saakaşvilinin Gürcüstan prezidenti olduğu dövrdə keyfiyyətsiz tikililərin inşa edilməsidir. Onlar şəhərin qəfildən belə qısa müddətdə su altında qalmasını iki səbəblə əlaqələndirirlər. Birincisi, həmin ərazidəki yeraltı kommunikasiya sistemlərinin keyfiyyətsizliyidir. Bildirilir ki, ekspertlər bu barədə o zamankı Gürcüstan hakimiyyətinə xəbərdarlıq etsələr də, onları dinləyən olmayıb.

İkinci səbəb kimi isə şəhərdə salınan yeni - Qəhrəmanlar meydanı göstərilir. Belə ki, 2010-cu ildə meydanda estakada tikintisi zamanı daşan Vera çayı beton konstruksiyaların arasında qalıb. Mütəxəssis İrakli Masxaraşvili bunun səhv olduğunu bildirib. "Estakadanın tikintisi zamanı çayın təbii axınına müdaxilə edilib. Buna görə də Vera çayı daha "aqressiv" olub. Əgər bu estakada olmasaydı, dəyən zərər xeyli az olardı, ya da heç olmazdı", - deyə Masxaraşvili bildirib.

Bütün Gürcüstanın katolikos-patriarxı İliya İkinci isə Tiflisdəki zooparkın başqa yerdə tikilməsini təklif edib. "Çünki indiki zoopark günah üzərində inşa edilib".

Xatırladaq ki, iyunun 14-də leysan yağışdan sonra gələn sel Tiflisdə 12 nəfərin ölümünə səbəb olub. Sel evləri, Tiflis zooparkını basıb. 50 nəfər müxtəlif dərəcədə xəsarət alıb. 20 nəfər şəxs itkin düşmüş sayılır.





Xəbəri paylaş

6748 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___