Səlim Müslümov: “İşləyən pensiyaçılara hər 72 aydan bir pensiyalarını artırmaq imkanı verilib”
Tarix: 11-01-2018 | Saat: 11:18
Bölmə:M / Karusel / İqtisadiyyat | çapa göndər
“Əmək bazarındakı müsbət meyillər 2017-ci ildə məcburi dövlət sosial sığorta haqlarının artmasına imkan yaradıb”.
“APA-Economics”in məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. Onun sözlərinə görə, qeyri-büdcə sektorundan daxil olan sosial sığorta haqlarının məbləği 2016-cı illə müqayisədə 10,8% və ya 130 mln. manat artaraq 1 mlrd. 338 mln. manat olub və büdcə proqnozu 103% icra edilib.
Nazir bildirib ki, daxilolmaların səviyyəsi 3,4 milyard manatlıq pensiya və müavinət xərclərini vaxtında maliyyələşdirməyə imkan verib.
“Ötən il aparılmış köklü islahatlar nəticəsində pensiya sistemi qeyri-sığorta elementlərindən əsasən təmizlənib, sığorta-pensiya sisteminin öhdəlikləri ilə dövlət büdcəsinin öhdəlikləri bir-birindən tamamilə ayrılıb, fərdi uçot sistemində “açıq hesab” prinsipi tətbiq olunub və işləyən pensiyaçılara hər 72 aydan bir fərdi hesablarında yığılmış vəsaitlərdən istifadə edərək pensiyalarını artırmaq imkanı verilib. Altı ay ərzində 17 min 430 nəfər işləyən pensiyaçı bu hüquqdan istifadə edib və onların aylıq pensiyasının artımı orta hesabla 146 manat olub ki, bu da hər ay onlara 2,5 milyon manat əlavə vəsaitin ödənilməsi deməkdir”, - deyə S.Müslümov vurğulayıb
Xəbəri paylaş
1 2568 dəfə oxunub.
Digər xəbərlər

19-07-2017, 14:08
Sabah da 42 dərəcə isti gözlənilir
23-11-2019, 16:03
İsa Məsihin heykəlinə forma geyindirdilər - FOTO
28-04-2017, 11:38
İlham Əliyev Sumqayıtda zavodun tikintisi ilə maraqlandı
22-12-2015, 21:51
Sabah Bakının bəzi rayonlarında qaz olmayacaq
18-06-2017, 14:44
Natavan Həbibi özündən 6 yaş kiçik reperlə nişanlandı – FOTO/VİDEO
7-06-2016, 10:59
Erməni hərbçi İlham Əliyevə yalvardı
1-05-2016, 16:59
İran uşaqları belə ölümə göndərir - Video
30-03-2017, 23:09
70 minə satışa çıxarılan 64 illik maşın - "Atama görə almışdım" - FOTO
5-09-2016, 20:31
Kişilər qadınlarda nəyi sevir? – 13 ÖZƏLLİK