Prezidentin köməkçisi: "Sarkisyan Cenevrə görüşündə verilmiş qərarı pozdu, sözünün üstündə durmadı"
Tarix: 17-10-2017 | Saat: 12:19
Bölmə:M / Karusel / Siyasət | çapa göndər
"Təəssüflər olsun ki, S. Sarkisyan yenə öz ampluasındadır. Adətinə uyğun olaraq, danışıqlar zamanı əldə olunan razılaşmanı pozmağı özünə şərəf sayır. Qərara alınmışdı ki, razılaşdırılmış məqamlardan əlavə hələlik heç bir bəyanat verilməsin. Amma o, bunu etdi. Söz versə də, yenə də sözünün üstündə durmadı. Heç olmasa, həmsədrlərdən və ATƏT-in nümayəndəsindən utanaydı. Görünür, danışıqları pozmaq niyyətindən əl çəkmək istəmir".
Bunu Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov“Facebook" səhifəsində yazıb.
N. Məmmədovun sözlərinə görə, Ermənistan prezidenti bilir və unutmamalıdır ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və belə də qalacaq.
"Sarkisyanın planı nə onun vaxtında, nə də ondan sonra gələnlərin vaxtında reallaşmayacaq. Nə qədər himayədarlarına quyruq bulasa da, yuxusu çin olmayacaq. Sadəcə olaraq, deyəsən, onun məqsədi, Ermənistanda yaşayanları daim təşviş və zillət içərisində saxlamaqdır. Nə olar, qoy çalışsın", - deyə N. Məmmədov qeyd edib.
Xəbəri paylaş
6238 dəfə oxunub.
Digər xəbərlər

9-08-2020, 16:44
Türkiyədə hərbçilərin olduğu avtomobil aşdı: 6 yaralı
28-10-2016, 15:14
Alpaqutlar cəbhə bölgəsində əsgərlərlə görüş keçiriblər
22-09-2023, 09:14
Ermənilərin Şuşanın girişində quraşdırdıqları tank söküldü
10-01-2018, 16:10
Gənc oğlan dəm qazından boğularaq ölüb-Mingəçevirdə
28-07-2023, 15:39
Anasının Tiktokda çılpaq şəkillərini gördü, öldürdü - Bakıda qətl - FOTO
10-01-2016, 23:51
15 yaşlı qız özünü dərmanla zəhərlədi - Foto
30-03-2017, 22:30
Keçmiş əsgər 90 yaşında qadın oldu-Fotolar
15-04-2020, 18:27
İlham Əliyev Zurabişvili ilə videobağlantı formatında danışıb