Şəhid zabitimizin oğlu doğuldu - “Nəvəmdən Turalın qoxusunu alacam” - ŞƏHID ATASI
Tarix: 26-09-2017 | Saat: 11:42
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Bu ilin fevralında Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhid olmuş baş leytenant Tural Haşımlının xanımı ötən gün oğlan övladı dünyaya gətirib.
Şəhidin atası Əbdül Haşımlı deyib ki, uşağın da, ananın da səhhəti normaldır:
“Ötən gün nəvəm dünyaya gəlib. Hələ ki, adını qoymamışıq. Amma hamı Tural olmağını istəyir. Adını rəsmi şəkildə Tural qoymaq üçün gərək qohumlar bir araya gəlsin və məsləhət versinlər.
Uşağın da, anasının da səhhəti normaldır. İşə baxın ki, Tural fevralın 24-dən 25-nə keçən gecə şəhid olmuşdu. Oğlu da senytabrın 24-dən 25-nə keçən gecə dünyaya gəlib. Tural şəhid olmazdan 6 saat öncə ata olacağını bilmişdi. Amma üstündən az keşməmiş şəhid olduğu barədə xəbəri gəldi bizə.
Mən oğlumun ata olacağı xəbəri ilə şəhid olduğu xəbərini eyni vaxtda almışdım. İndi balaca Tural bizə böyük təsəllidr. O, oğlumuzun yolunu mütləq davam etdirəcək. Tural nəvəm dünyaya gəlişi ilə məni çox sevindirdi. Elə bilirəm, oğlum Turaldı, hələ yeni doğulub. Onu böyütmək, məktəbə yollamaq, ali məktəbə göndərmək, toyunu görmək kimi arzularım var. Oğlum Turalın ətrini, qoxusunu nəvəm Turaldan alacam. Nəvəm gəlişilə məni diriltdi, əyilmiş qəddimi düzəltdi. Əminəm ki, o da atası kimi və vətəninə layiqli övlad olacaq”.
Əbdül Haşımlı ailələrinə edilən diqqətdən də söz açıb.
“Bizim ailə ilə çox insanlar əlaqə saxlayır. Amma ən çox zəng edib maraqlanan dövlət işçilərindən Xocavəndin icra başçısı Eyvaz Hüseynovdur. Demək olar ki, hər həftə mənə zəng edir. Hərtərəfli yardım edir. Hətta Xocavəndə gedəndə məni heç yerə buraxmır, öz evində qonaq edir. Nəvəm dünyaya gələndə də ilk təbrik edənlərdən olub”.
Qeyd edək ki, şəhid Tural Haşımlı doğulduğu Naxçıvanın Ordubad şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.(modern)
Xəbəri paylaş
6908 dəfə oxunub.
Digər xəbərlər

17-04-2017, 18:53
"Kara sevda"nın aktrisası sevgilisindən ayrıldı - oğluna görə
1-09-2015, 17:26
Daha bir ana və uşaq ölümü
14-06-2017, 11:20
Bu gün məktəblərdə "Son zəng" çalınacaq
30-11-2016, 17:24
İşıq və qaza necə qənaət edək? — KİÇİK MƏSLƏHƏTLƏR
12-11-2021, 12:36
“Ziraatbank”ın FETO-çu “patron”u AVNİ DƏMİRÇİ niyə məsuliyyətə cəlb olunmur ?- SENSASİON FAKTLAR
22-06-2015, 18:41
YENƏ CANINDAN BEZƏN VAR
16-05-2019, 10:52
İşıq limitinə baxılması üçün araşdırmalar aparılır - AÇIQLAMA
8-12-2015, 17:50
Zakir Həsənov: Qarşı tərəf xeyli itkilər verib
17-09-2016, 21:19
Türkiyə sərhəddən İŞİD-i vurdu