Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Ziraatbank”ın FETO-çu “patron”u AVNİ DƏMİRÇİ niyə məsuliyyətə cəlb olunmur ?- SENSASİON FAKTLAR
Tarix: 12-11-2021 | Saat: 12:36
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Hadisə / Araşdırma | çapa göndər

“Ziraatbank”ın  FETO-çu  “patron”u AVNİ DƏMİRÇİ niyə məsuliyyətə cəlb olunmur ?- SENSASİON FAKTLAR

Avni Dəmirçi  Azərbaycan-Türkiyə münasibətlərinə kölgə salır...


“Ziraatbank”da baş verən qanunsuzluqlar, maliyyə maxinasiyaları, ofşor zonalarda çirkli pulların yuyulması və s barədə dəfələrlə yazmışıq. 
Ümumiyyətlə, bu bankın  neqativ faəliyyəti barəsində uzun müddətdir ki, ölkə mediası yazır. Amma təəssüf ki, bankın fəaliyyəti və  bankın “patron”u Avni Dəmirçi ilə bağlı konkret tədbir görən yoxdur. 
Əsas mövzuya keçməzdən öncə onu qeyd edək ki, 30 ildir Azərbaycan-Türkiyə münasibətləri inkişaf edən  xətlə davam edir. 
Ulu Öndər əbəs yerə deməmişdir ki, biz  bir millət iki dövlətik. 
Bəli, iki qardaş xalq arasında davam edən  strateji yaxınlaşma 2-ci Qarabağ savaşında özünün ən yüksək zirvəsinə çatdı. 
Bütün Azərbaycan xalqı gözəl bilir ki, Qarabağ müharibəsindəki qələbəmizdə qardaş Türkiyənin dəstəyi tarixdə qalacaqdır. Bunu dəfələrlə Prezidentimiz cənab İlham Əliyev də qeyd edib. Hazırda işğaldan azad olunmuş torpaqlarımızda  qardaş Türkiyənin gördüyü quruculuq işləri də tariximizin bir parçasıdır. 
Bütün bunları yazmaqda məqsədimiz odur ki, bəzi qüvvələr bu münasibətlərə kölgə salmağa çalışır. 
Bu qüvvələrin ən bariz nümunəsi Fətullah Gülənin tərəfdarlarıdır.  
ABŞ-da oturub qardaş Türkiyəni qarışdırmaq istəyən Fətullah Gülən və onun tərəfdarları hər an məqam gözləyirlər. 
Yeri gəlmişkən, müstəqillik əldə etdiyimiz illərdə Türkiyədən gələn hər kəsə qucaq açırdıq. O zaman biz kimin hansı məqsədlə gəldiyini o qədər də bilmirdik. Düşünürdük ki, qardaş Türkiyədən gəlibsə, deməli xoş məqsədlə, xoş niyyətlə  gəlib. 
Amma illər ötdükcə, sular durulmağa, kimin kim olduğu bəlli olmağa başladı. 
Fətullah Gülən və onun dəstəsinin Türkiyədə çevriliş cəhdindən sonra, çox mətləblər aydın oldu. Və xeyli sayda FETO-çu Azərbaycandan qovuldu. 
Təəssüf ki, bəzi FETO-çular öz qılafına çəkilərək, gizli fəaliyyətə keçdilər, öz əsl simalarını gizlətməyə başladılar. 
Ziraatbankın  rəhbərliyi, o cümlədən Avni Dəmirçi də bu yolu tutdu. 
Amma atalar demişkən, cidanı çuvalda gizlətmək mümkün deyil. 
Bir müddət sonra bəlli oldu ki, Avni Dəmirçi o qədər həddini aşıb ki, hətta qardaş Türkiyənin ölkəmizdəki səfirliyinin  Bakıda keçirdiyi rəsmi tədbirləri görməzdən gəlir, yəni saymır. Hətta Avni Dəmirçi vətəndaşı olduğu Türkiyə dövlətinin tədbirlərinə qatılmır. Amma...
Əmması odur ki, radikal dini təriqətlərin Sumqayıtda keçirdiyi, saqqallıların yığışdığı  tədbirlərə Avni Dəmirçi məmuniyyətlə qatılır, çıxışlar edir...
Azərbaycan mediasında  barəsində gedən tənqidi yazılardan sonra  Avni Dəmirçi məcbur olaraq bankdakı vəzifəsini başqa bir şəxsə rotasiya edərək kənara çəkildi. Əslində bu görüntü idi. Avni Dəmirçi yenə də bankda söz və səlahiyyət sahibidir. 
Dəfələrlə Avni Dəmirçinin ölkədən çıxışına STOP qoyulması, hətta həbs olunması barədə xəbərlər yayılıb. 
Amma hələ ki, ortada konkret qərar yoxdur. 
Ümid edirik ki, ölkəmizin hüquq-mühafizə orqanları Avni Dəmirçini  yaxın zamanda  hüquqi müstəvidə başa salacaqlar. 
Bu Türkiyə-Azərbaycan münasibətlərinə bir töhfə olacaq.
P.S Deyirlər Avni Dəmirçi kriminal aləmlə çox yaxınlıq edir. Hətta iş o qədər dərinə gedib ki, narkobaronların dəstəyindən belə çəkinmir. Növbəti yazıda Sabir kimdir və onun ətrafında cərəyan edən hadisələr FETO-çu Avni Dəmirçiyə necə xidmət edir. gundelik-baku.com



Xəbəri paylaş

4008 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___