Prezident İlham Əliyev: “Bakının içməli su ilə təminatı yaxşılaşır”
Tarix: 21-07-2017 | Saat: 18:50
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
“Son illər həm Bakıda, həm də demək olar bütün regionlarda içməli su layihələri uğurla icra edilir. Bakı şəhərinin içməli su ilə təminatı yaxşılaşır və hələ gələcəkdə görüləcək işlər çoxdur”.
Xəbəraz.az-ın xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Pirallahı qəsəbəsinin içməli su təchizatı layihəsinin açılışında iştirakı zamanı deyib.
Prezident bildirib ki, Pirallahıya çəkilən 80 km uzunluğunda su xətti böyük vəsait tələb edən layihədir: “Çünki Ceyranbatandan Pirallahıya, Gürgana, eyni zamanda Xəzər rayonunun Zirə və Türkan qəsəbələrinə xətt çəkilib. Bir neçə il əvvəl Ceyranbatan su anbarında böyük təmizləyici qurğular kompleksi istifadəyə verilmişdi ki, bu da dünya miqyasında ən böyük təmizləyici qurğudur”.
Azərbaycan prezidenti qeyd edib ki, həm Gürgan, həm də Pirallahı qəsəbələrinə içməli təmiz su veriləcək: “Bu, çox böyük hadisədir. Burada yaşayan insanlar çox yaxşı bilirlər ki, burada içməli su problemi insanları həmişə çox narahat edirdi, incidirdi. İndi isə vətəndaşlara 24 saat ərzində təmiz, bütün ekoloji standartlara uyğun, Ümumdünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su verilir. Bu, çox iri, böyük vəsait tələb edən, sırf sosial xarakter daşıyan layihədir ki, vətəndaşlara təmiz içməli su verilsin. Çünki su insanın həyatında əsas amillərdən biridir. Su sağlamlıqdır, təmizlikdir”.
Xəbəri paylaş
5918 dəfə oxunub.
Digər xəbərlər

12-01-2016, 16:47
Türkiyədə otel yanır - FOTO + VİDEO - YENİLƏNİB
19-02-2017, 12:31
İran səfirindən Mərcanlı ilə bağlı: "Bu zülm yerdə qalmaz"
22-05-2023, 14:55
Xırdalanda DƏHŞƏT: 20 yaşlı qızı döyə-döyə zorladılar
29-03-2017, 19:34
Bu şəhərin sakinləri yalnız qadınlardır – FOTO
1-06-2022, 13:29
Bol-bol əsnəyin... Sağlamlığa xeyirlidir
24-08-2015, 16:28
Bakıda satıcının başına butulka çırpdılar
27-08-2015, 20:51
Əli və Nino dağıdıldı- FOTO
14-06-2016, 18:34
Növbəti erməni yalanı ifşa olundu
11-06-2015, 13:45
Tanınmış italiyalı aktrisa Ornella Muti Bakıda (FOTO)