Prezident İlham Əliyev: “Bakının içməli su ilə təminatı yaxşılaşır”
Tarix: 21-07-2017 | Saat: 18:50
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
“Son illər həm Bakıda, həm də demək olar bütün regionlarda içməli su layihələri uğurla icra edilir. Bakı şəhərinin içməli su ilə təminatı yaxşılaşır və hələ gələcəkdə görüləcək işlər çoxdur”.
Xəbəraz.az-ın xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Pirallahı qəsəbəsinin içməli su təchizatı layihəsinin açılışında iştirakı zamanı deyib.
Prezident bildirib ki, Pirallahıya çəkilən 80 km uzunluğunda su xətti böyük vəsait tələb edən layihədir: “Çünki Ceyranbatandan Pirallahıya, Gürgana, eyni zamanda Xəzər rayonunun Zirə və Türkan qəsəbələrinə xətt çəkilib. Bir neçə il əvvəl Ceyranbatan su anbarında böyük təmizləyici qurğular kompleksi istifadəyə verilmişdi ki, bu da dünya miqyasında ən böyük təmizləyici qurğudur”.
Azərbaycan prezidenti qeyd edib ki, həm Gürgan, həm də Pirallahı qəsəbələrinə içməli təmiz su veriləcək: “Bu, çox böyük hadisədir. Burada yaşayan insanlar çox yaxşı bilirlər ki, burada içməli su problemi insanları həmişə çox narahat edirdi, incidirdi. İndi isə vətəndaşlara 24 saat ərzində təmiz, bütün ekoloji standartlara uyğun, Ümumdünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su verilir. Bu, çox iri, böyük vəsait tələb edən, sırf sosial xarakter daşıyan layihədir ki, vətəndaşlara təmiz içməli su verilsin. Çünki su insanın həyatında əsas amillərdən biridir. Su sağlamlıqdır, təmizlikdir”.
Xəbəri paylaş
5898 dəfə oxunub.
Digər xəbərlər

6-05-2018, 11:28
Nazim İbrahimovun qızının toyu oldu - FOTO
17-03-2018, 12:25
Yol polisi bayram günləri gücləndirilmiş iş rejimində çalışacaq
31-08-2021, 10:10
"Baku Electronics"in ABSURD DAXİLİ ƏSASLARI... - Müştərilərə belə tələyə salınır...
3-07-2015, 18:42
İlham Əliyev Barak Obamaya məktub göndərdi
20-03-2016, 11:30
Hökumət evinin, otellərin və məşhur obyektlərin işığı söndürüldü (FOTO)
19-09-2016, 17:38
İT-mütəxəssislər niyə Azərbaycana axışırlar?
18-01-2018, 14:24
Bərdədə müəllimə qaçırıldı-Nişanlı imiş
18-12-2016, 12:28
İstanbulda qorxudan partlayış
31-10-2017, 18:24
Aktrisa kimi sevilən Sevinc Şirinova bəs aparıcı kimi necə?