Zakir Həsənov valideynlərin xahişini prezidentə çatdırdı
Tarix: 31-03-2017 | Saat: 23:04
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Xəbər verdiyimiz kimi Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Ordusunun aprel qələbələrinin ildönümü ilə əlaqədar martın 31-də bir qrup hərbçimizlə görüş keçirib.
Görüşdə Müdafiə naziri Zakir Həsənov da çıxış edib:
"Cənab Ali Baş Komandan, sizin rəhbərliyiniz ilə Silahlı Qüvvələrdə həyata keçirilən islahatlar nəticəsində ordu yeni, müasir, dağıdıcı qüvvəyə malik silah, döyüş texnikası və avadanlıqla təmin olunur. Ordunun döyüş hazırlığı gündən-günə artır, mənəvi–psixoloji durumu yüksək səviyyədədir. Xüsusi qeyd etmək istəyirəm ki, sosial bazanın möhkəmlənməsi istiqamətində böyük işlər görülmüşdür. Yeni, müasir, işıqlı hərbi şəhərciklər şəxsi heyətin istifadəsinə verilmişdir. Zabit və gizirlər həm xidməti, həm də daimi mənzillərlə - mindən çox mənzillə təmin olunmuşlar. Mən xüsusi qeyd etmək istəyirəm ki, Sizin tapşırığınızla biz “Açıq qapı” günü keçirmişik. İcazə verin valideynlərin xahişini Sizə çatdırım. Onlar dərin minnətdarlıqlarını bildirirlər ki, hərbi qulluqçular üçün belə yüksək səviyyədə şərait yaradılıb və təminat yüksək səviyyədədir.
Möhtərəm cənab Prezident, Silahlı Qüvvələrin şəxsi heyəti Sizin diqqət və qayğınızı daim hiss edir və buna görə Sizə dərin minnətdarlığını bildirir. Silahlı Qüvvələr Sizin əmr və göstərişlərinizi hər an yerinə yetirməyə hazırdır və qadirdir. Sağ olun cənab Prezident".
Xəbəri paylaş
7958 dəfə oxunub.
Digər xəbərlər

10-02-2021, 22:29
Daha bir əsgərimizin şəhid xəbəri gəldi - FOTO
2-10-2015, 00:18
Zəvvarlarımız Vətənə qayıda bilmirlər - FOTO
11-03-2017, 12:32
Uşağı düzgün tərbiyə etməyin 4 QAYDASI
27-08-2015, 20:08
Azərbaycanlı iş adamı mühasirəyə düşdü, özünü öldürdü
14-08-2016, 10:11
Özünü bulvarda öldürmək istədi
7-06-2016, 22:15
ABŞ Əl-Qaidə ilə müttəfiqdir - Şok iddia
3-06-2022, 11:05
Bu gün milli parklarda "açıq qapı" günü keçiriləcək
20-09-2023, 09:02
Prezident: “Silahın yerə qoyulduğu və tərk-silah olunduğu halda antiterror tədbirləri dayandırılacaq”
30-04-2017, 12:05
28 dərəcə isti olacaq, bəzi yerlərdə yağış yağacaq
17-05-2018, 20:52
Babur Hüseynovda dəfn edildi