İlham Əliyev: "O, Azərbaycan xalqının həqiqi dostu idi" (FOTO)
Tarix: 19-06-2015 | Saat: 12:29
Bölmə:M / Karusel / Siyasət / M2 / Foto-fakt / Fotogalereya / Reportaj | çapa göndər
Azərbaycan prezidenti İlham Əliyev bu gün Türkiyənin Azərbaycandakı səfirliyini ziyarət edib.
Xeberaz.az ANS PRESS-ə istinad xəbər verir ki, dövlət başçısı Türkiyənin 9-cu prezidenti mərhum Süleyman Dəmirəlin xatirəsinə açılan xatirə kitabına sözlərini yazıb.
Prezident Əliyev, Anadolu Agentliyi və AzərTAC-ın birgə hazırladığı "Heydər Əliyev Fotoğraf Sərgisi" nə aid Süleyman Dəmirəl fotolarına da baxıb. Prezident İlham Əliyev xatirə kitabına bunları yazıb:
"Məşhur dövlət adamı və siyasətçi, Türkiyə Respublikasının 9-cu prezidenti Süleyman Dəmirəlin vəfat etməsi xəbəri məni son dərəcə kədərləndirdi. Bütün həyat və fəaliyyətini Türkiyənin rifahı üçün həsr edən Süleyman Dəmirəl, 20-ci əsrin ikinci yarısından etibarən dünya siyasətinə, beynəlxalq ictimaiyyəti maraqlandıran qərarların alınmasına, dünyadakı inkişafların siyasi baxımdan həll prosesində yaxından iştirak etdi.
Türk dünyasının birliyi və həmrəyliyi üçün fədakarlıq göstərən Süleyman Dəmirəl, geniş coğrafi məkanda yer alan türkçe danışan xalqlar və dövlətlər arasında möhkəm əlaqələr qurulması, əməkdaşlığın dərinləşməsi istiqamətində böyük xidmətlər göstərib. Süleyman Dəmirəl, Azərbaycan xalqının həqiqi dostu idi. Azərbaycana səmimi bağlılığı, Süleyman Dəmirəlin müstəqilliyimizə qarşılıqsız dəstəyində, Azərbaycan-Türkiyə qardaşlığının möhkəmlənməsi sahəsində bənzərsiz xidmətində ifadəsini tapdı.
Qardaş ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin strateji müttəfiqlik səviyyəsinə çatmasında heç şübhəsiz, prezident Heydər Əliyev ilə Süleyman Dəmirəl arasında qurulan dostluq və qardaşlıq əlaqələrinin bənzərsiz rolu oldu.
Süleyman Dəmirəlin əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq.
Allah rəhmət etsin!", - deyə başsağlığı dəftərindən qeyd edilib.
Xəbəri paylaş
7638 dəfə oxunub.
Digər xəbərlər

18-07-2016, 00:37
Şəmkirdə toyda kütləvi dava: 3 nəfər bıçaqlandı
11-10-2016, 20:54
"Metroda bir sərnişinin daşınma xərci arta bilər" - Nəsimi Paşayev
28-09-2017, 12:47
Özündən yaşca kiçik kişiyə ərə gedən azərbaycanlı məşhurlar SİYAHI
20-06-2017, 13:14
Natavandan nişanlısı ilə bağlı suallara sərt cavab - FOTO
10-12-2021, 11:10
300-dən çox qadın KİŞİLƏRİ DÖYDÜYÜ üçün həbs olunub – Azərbaycanda kişi sığınacaqları niyə yoxdur?
9-08-2019, 09:21
Sabiq prezident xüsusi təyinatlılara belə təslim oldu - VİDEO
1-04-2017, 21:35
Aqil Acalov:" Əxlaq yoxsulu insanlar Öpüş flaşmobu keçirərək şəhidlərimizin ruhuna hörmətsizlik edirlər"
27-03-2016, 13:12
Polis rəisindən 4 yaşlı uşağa MARAQLI HƏDİYYƏ
28-05-2023, 12:00
Kalqotkalı kişilər - Gələcək moda trendi