Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Şəmkirdə toyda kütləvi dava: 3 nəfər bıçaqlandı
Tarix: 18-07-2016 | Saat: 00:37
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Şəmkirdə toyda kütləvi dava: 3 nəfər bıçaqlandı
Şəmkirdə toyda kütləvi dava olub.

APA-nın məlumatına görə, hadisə rayonun Bayramlı kəndində qeydə alınıb.

Kənd sakini, 1988-ci il təvəllüdlü Pərvin Kərimov toyda dava zamanı həmkəndliləri - 1976-cı il təvəllüdlü Nicat Cəfərov, onun qardaşı 1984-cü il təvəllüdlü Seymur Cəfərov və digər kənd sakini, 1983-cü il təvəllüdlü Mahmud Mahmudovu bıçaqlayıb.

Yaralılar dərhal Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, onların vəziyyətlərinin orta ağır olduğu bildirilir. Cinayəti törədən Pərvin Kərimov polislər tərəfindən saxlanılıb. Onun sərxəş vəziyyətdə cinayəti törətdiyi bildirilir.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.


Xəbəri paylaş

6968 dəfə oxunub.

Digər xəbərlər
29-03-2017, 13:41 Sabahın HAVASI

bütün xəbərlər
____ Instagram ___