Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda Azərbaycan və İran dəmiryolçuları arasında görüş keçirilib-FOTO
Tarix: 07-02-2017 | Saat: 19:28
Bölmə:M / Karusel / İqtisadiyyat | çapa göndər

Bakıda Azərbaycan və İran dəmiryolçuları arasında görüş keçirilib-FOTO



Fevralın 7-də “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov və İran İslam Respublikası Yol və şəhərsalma nazirinin müavini, İran Dəmir Yolunun prezidenti Səid Məhəmmədzadə arasında görüş keçirilib.


Görüşdə Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu xəttinin tikintisi, Astara terminalının inkişaf etdirilməsi, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşması istiqamətində işlərin icra vəziyyəti müzakirə mövzusu olub.


"Xəbəraz.az "xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov çıxış edərək, iki ölkə Prezidenti arasında yaranmış səmimi münasibət nəticəsində ölkələrimiz arasında əlaqələrin daha da gücləndirilməsini qeyd edib. Eyni zamanda Cavid Qurbanov, Azərbaycan Dəmir Yollarında həyata keçirilən layihələr, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşması istiqamətində görülən işlər, Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarının fəaliyyətə başlaması və digər məsələlərdən danışıb.

İran İslam Respublikası Yol və şəhərsalma nazirinin müavini, İran Dəmir Yolunun prezidenti Səid Məhəmmədzadə öz növbəsində, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Astara(Azərbaycan) stansiyasından İran İslam Respublikası dövlət sərhədinə qədər birxətli 8,3 km dəmir yolunun çəkilişinin başa çatması və Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarının fəaliyyətə başlamasını yüksək dəyərləndirib. Bildirib ki, Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xətti mart ayında istifadəyə veriləcək. Qeyd edib ki, hazırda İran tərəfində işlər sürətlə davam edir. Bu işlərin tərkibinə dəmir yolu stansiyasının tikintisi və yükaşırma terminalın inşası daxildir.

Sonda ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınıb.

Bakıda Azərbaycan və İran dəmiryolçuları arasında görüş keçirilib-FOTO
Bakıda Azərbaycan və İran dəmiryolçuları arasında görüş keçirilib-FOTO


Xəbəri paylaş

7268 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___