Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Rusiyada azərbaycanlı tələbənin qətlə yetirilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
Tarix: 15-06-2020 | Saat: 15:31
Bölmə:Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə / Dünya / M2 | çapa göndər

Rusiyada azərbaycanlı tələbənin qətlə yetirilməsi ilə bağlıRƏSMİ AÇIQLAMA

Azərbaycanın Rusiyadakı Səfirliyi iyunun 13-də Volqoqrad şəhərində azərbaycanlı tələbənin qətlə yetirilməsi ilə bağlı məlumat yayıb.
Səfirliyin mətbuat xidmətindən  verilən məlumatda bildirilir:
"13 iyun 2020-ci il tarixində Rusiyanın Volqoqrad şəhərində təhsil alan Azərbaycan Respublikasının vətəndaşı Timur Valeri oğlu Qavrilovun qətlə yetirilməsi ilə bağlı məlumat Səfirliyə daxil olan kimi tərəfimizdən dərhal Rusiya Federasiyasının İstintaq komitəsinin Volqoqrad vilayəti üzrə Baş idarəsinə rəsmi məktub göndərilib.
Bundan əlavə, cari ilin 14 iyun tarixində Səfirlik mərhumun Gəncə şəhərində yaşayan anası və Rusiya Federasiyasının İstintaq komitəsinin Volqoqrad vilayəti üzrə Baş idarəsinin müstəntiqləri ilə əlaqə saxlayıb.
Bildiririk ki, hadisə ilə bağlı cinayət işi qaldırılmış və məsələ Səfirliyin ciddi nəzarəti altındadır.
İstintaqın gedişatı ilə əlaqədar ictimaiyyətə əlavə məlumat verilicək".
Qeyd edək ki, iyunun 13-də Volqoqrad şəhərinin Voroşilovski rayonunda Azərbaycan vətəndaşı Timur Qavrilovun meyiti tapılıb. Tələbə yataqxanasının yanında xüsusi amansızlıqla qətlə yetirilən Azərbaycan vətəndaşının 17 yaşı olub. O, Volqoqrad Tibb Universitetində təhsil alırmış.



1 0558 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___