Lavrov Oskanyanın qoluna elə girdi ki... – Millət vəkili
Tarix: 18-01-2017 | Saat: 15:45
Bölmə:M / Karusel / Siyasət | çapa göndər
Rusiya Xarici işlər naziri Sergey Lavrovun Qarabağla bağlı son bəyanatı ətrafında sosial şəbəkələrdə qızğın müzakirələr gedir. Əziz dostlar, Rusiya nə zaman Qarabağ probleminin həllində ədalətli, obyektiv mövqe tutub ki, Lavrovun son bəyanatından da ədalətli mövqe gözləyək.
"Xəbəraz.az " xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva Sergey Lavrovun bugünkü mətbuat konfransında Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı səsləndirdiyi qalmaqallı bəyanata reaksiya verərkən qeyd edib. Q.paşayeva vurğulayıb ki, Rusiya hər zaman işğalçı Ermənistanın yanında olub və bu gün də onun yanındadır:
“Hamınızın bildiyi həqiqəti bir az daha açıq yazım: Ermənistan Azərbaycan torpaqlarını o zamanlar məhz Rusiyanın dəstəyi, hərbi yardımı ilə işğal etmişdi. Lavrova gəlincə, yadımdadır, televiziyada işlədiyim dövrdə Qarabağla bağlı danışıqlar gedirdi. Biz də gözləyirdik. Həmin bu Lavrov gəlib o zamankı xarici işlər naziri Oskanyanın qoluna elə mehribanlıqla girdi, bir tərəfə çəkilib qardaş mehribanlığı ilə qızğın müzakirələr aparırdılar ki, onları çəkən kameraları belə unutmuşdular... Qarabağla bağlı o müzakirələrdən gəlib elə həmn kadrı vermişdim və altına da “şərhsiz” deyə yazmışdım...
İşğal altında olan torpaqlarımıza gəlincə. Onu azad etmək üçün biz sadəcə öz gücümüzə arxalanmalıyıq. Yanımızda isə sadəcə Türkiyə, Pakistan və başqa çox az sayda bir neçə səmimi qardaş-dost ölkə var və olacaq. Yaxşı günün dostları çox olur amma çətin günün dostu-qardaşı kimdir, onu da hamımız bilirik”.
Millət vəkili Aprel savaşının Lavrovu yaman narahat etdiyini də xatırladıb.
Xəbəri paylaş
1 1678 dəfə oxunub.
Digər xəbərlər

11-09-2015, 22:06
Məkkədə partlayış oldu ölən var - FOTO
12-02-2023, 15:39
"Kaybolan yıllar"dakı üzüyünü zərərçəkənlər üçün satdı - FOTO
3-11-2021, 12:40
Bakıda kişi arvadının başına çəkiclə vurub öldürməyə cəhd etdi
4-05-2020, 01:29
Azərbaycanda zəlzələ oldu
9-05-2022, 00:52
Dövlətin qanunlarını saymayan işçinin maaşın verməyərək süründürür
21-05-2017, 00:05
Azərbaycan prezidenti Səudiyyə Ərəbistanına səfər edib
29-08-2017, 12:04
Bakıda 50 yaşlı qadın özünü niyə yandırdı? - TƏFƏRRÜAT
17-09-2016, 16:31
Olimpiya çempionumuza “Lexus” bağışladılar - Fotolar
21-03-2015, 23:53
Müsəlmanların 17 ən böyük kəşfi SİYAHI