Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Müsəlmanların 17 ən böyük kəşfi
Tarix: 21-03-2015 | Saat: 23:53
Bölmə:Karusel / Maraqlı / M2 | çapa göndər

Müsəlmanların 17 ən böyük kəşfi
Müsəlman dünyasına olan maraq daim artmaqdadır. Dünya mətbuatında yer alan yazılar da bünü sübut edir.

xəbəraz.az bildirir ki, dünyaca məşhur ingilis "The Independent" qəzeti öz sayında müsəlmanların 20 ən böyük kəşfinin siyahısını dərc edib.

Müsəlmanların 20 ən böyük kəşfi:

1. "Gözün sirri"

Qədim yunanlar insan gözündən işıq şüalarının çıxdığını, buna görə də görə bildiyini deyirdilər. X əsrdə isə müsəlman alim İbn Haytam işıq şüalarının insan gözündə əks olunmasını, sınmasını, bunun sayəsində görə bildiyimizi kəşf etmişdi.

2. Qəhvə

Rəvayətə görə, Cənubi Efiopiyada Xalid adlı bir ərəb çoban qoyunların bir bitkini yedikdən sonra canlanığını görüb. O, həmin bitkidən toplayaraq onu qaynadıb və içib. Bununla da bitkinin istifadəsi başlayıb. Qəhvə Avropaya, daha dəqiq desək, İtaliyanın Venesiya bölgəsinə yalnız 1645-ci ildə gəlib çatıb.

3. Şahmat

Şahmatın müasir versiyası ilk dəfə İranda kəşf edilib və bundan sonra Avropaya yayılıb.

4. Uçmaq cəhdi

Rayt qardaşlarının ilk uçmaq cəhdindən təxminən 1000 il öncə Abbas İbn Firnas adlı bir ərəb "Ulucami" məscidinin minarəsindən taxta qanadlarla uçmağa cəhd edib. Uça bilməyib, amma taxta qanadların yaratdığı paraşüt effekti ilə yerə asta şəkildə enib. 875-ci ildə 70 yaşında ikinci dəfə, bu dəfə ipək və qartal tüklərindən hazırlanmış qanadlarla uçmağa cəhd edib və təxminən 10 dəqiqə havada qalıb.

5. Sabun və şampun

Sabun daha öncələr Qədim Misirdə də olub, amma ərəblər həmin sabuna bitki yağı əlavə etməklə müasir dövrdə istifadə edilən sabunu kəşf ediblər. Şampun da ərəblərin kəşfidir, İngiltərəyə ilk dəfə 1759-da gətirilib.

6. Maye

Müxtəlif qaynam temperaturu sayəsində mayelərin bir-birindn fərqləndiyii ilk dəfə Cabir İbn Həyyan adlı müsəlman kəşf edib. O, etdiyi təcrübələrdə müasir kimyanın banisi sayılır.

7. "Mil sistemi"

Düz hərəkəti dönən hərəkətə çevirən mil sistemi ilk dəfə olaraq müsəlman elm adamı Əl-Ciziri tərəfindən kəşf edilib.

8. Paltar

Üz və astardan ibarət paltar hazırlanması ilk dəfə Orta Asiyada kəşf edilib.

9. Günbəz

Günbəz və bu kimi yumru şəkildə olan tikintiər İslam memarlığının məhsuludur. İngiltərə kralı V Henrinin sarayının memarı da müsəlman olub.

10. Cərrah alətləri

Bu gün dünyada istifadə olunan bütün cərrah alətlərinin dizaynını Əl-Zəhrəvi hazırlayıb. Onun hazırladığı alətlərdən 200-ə yaxını bu gün də istifadə edilir.

11. Külək dəyirmanı

Külək dəyirmanı ilk dəfə İranda kəşf edilib, daha sonra ərəb ölkələrində də istifadə edilməyə başlanılıb. Avropada ilk külək dəyirmanları isə bundan 500 il sonra istifadə edilib.

12. İynə (tibbi)

İlk dəfə olaraq iynədən istifadə də İslam dünyasında baş verib. Çiçək xəstəliyinə qarşı peyvənd Avropada kəşf ediləndən 50 il öncə Osmanlıda tətbiq edilib.

13. Mürəkkəbli qələm

İlk belə qələm 953-cü ildə Misir Sultanlığında kəşf edilib.

14. Alqoritm və Triqonometriya

Alqoritm və Triqonometriya Avropaya İslam dünyasından gedib.

15. 3 növ yemək

İlk dəfə İspaniyanın Kordoba əyalətində müsəlmanlar yemək zamanı 3 növ yemək mədəniyyətini dünyaya çatdırıblar.

16. Xalça

Xalçanı da Avropaya müsəlmanlar gətirib.

17. Çek (sənəd)

Müasir banklarda istifadə edilən çeklərin mənşəyi ərəblər tərəfindən istifadə edilən və "sak" adlandırılan kağız olub.


Xəbəri paylaş

8898 dəfə oxunub.

Digər xəbərlər
28-05-2022, 12:36 Sabah hava necə olacaq?

bütün xəbərlər
____ Instagram ___