Quba RİH: Nurayla bağlı məsələ nəzarətdə saxlanılır
Tarix: 07-01-2017 | Saat: 12:13
Bölmə:M / Karusel / Gündəm / Xəbəraz-ın debatı | çapa göndər

Quba rayon İcra Hakimiyyəti (RİH) Quba rayon Məhkəməsinin 10 yaşlı Nuray Bayramzadənin bioloji atasına verilməsilə bağlı 7 dekabr 2016-cı ildə çıxardığı qətnamə ilə bağlı araşdırma aparır.
Bu barədə Trend-ə açıqlamasında icra hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rəxşəndə Bayramova deyib. Onun sözlərinə görə, hazırda RİH-in Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasında məsələ nəzarətdə saxlanılır.
Quba Rayon İcra Hakimiyyətinin (RİH) aparıcı məsləhətçi, RİH-in Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Elşad Əliyev isə Trend-ə bildirib ki, Quba rayon İcra Hakimiyyətinin qəyyumluq şöbəsi 10 yaşlı Nuray Bayramzadənin xalası və dayısının himayəsinə verilməsi barədə sərəncam verib: "Qəyyumluq şöbəsinin sərəncamından Nuray Bayramzadənin atası tərəf narazı qalıb və bu barədə məhkəməyə müraciət edib. Məhkəmə də icra hakimiyyətinin sərəncamını ləğv edərək məhkəmə prosesi keçirib və uşağın rəyi öyrənilmək üçün Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya dəvbət edilib. Uşaqla komissiyada söhbət aparılıb və onun rəyi öyrənilib. Uşaq xalası və dayısının himayəsində qalmaq istədiyindən komissiya Nuray Bayramzadənin xeyirinə rəy verib və rəy də Quba rayon Məhkəməsinə təqsim edilib. Təbii ki, uşağın 10 yaşı tamam olubsa, onun kimin himayəsində qalması barədə rəyi öyrənilməlidir. Buna görə də, komissiya uşağın xalası və dayısının himayəsində qalması barədə rəyi məhkəməyə təqdim edib. Lakin məhkəmə uşağın bioloji atasına verilməsi barədə qətnamə çıxarıb. Sosial şəbəkədə yayılan video isə məhkəmə qətnaməsindən sonra icra prosesində qeydə alınan kadrlardır. Hazırda uşaq müvəqqəti olaraq xalasının yanındadır. Qətnamənin ləğv edilməsilə bağlı məhkəməyə şikayət oluna bilər".
Xəbəri paylaş
8008 dəfə oxunub.
Digər xəbərlər

6-12-2015, 18:50
Rövnəq Abdullayev hazırda axtarış-xilasetmə işlərinə nəzarət edir
15-05-2020, 11:53
Bakıda 2 min manatlıq oğurluq edildi
27-06-2016, 13:51
Skolioz hamiləliyə əngəl yarada bilər?
19-03-2018, 10:33
Kamil özünə "Bentley" aldı -FOTO
16-07-2021, 11:21
"Rusiya sülhməramlıları erməni lobbisinin aləti deyil" - Moskvadan ŞƏRH
17-01-2016, 12:49
ABŞ-da müəlliməni məktəbli qızla seksə görə həbs etdilər
13-04-2015, 16:33
Azərbaycan tarixində ilklərə imza atmış QADINLARIMIZ
17-01-2016, 20:48
“Məşhurların polis, diplomat, müğənni övladları... - Siyahı
22-04-2023, 10:33
Peyğəmbərimizin SAĞLAMLIQLA bağlı TÖVSİYƏLƏRİ
17-06-2017, 16:11
“Ötən gün geomaqnit qasırğası baş verib”